Almaniya kansleri Angela Merkel İngiltərənin "Brexit" prosesi (Birləşmiş Krallığın Avropa İttifaqından çıxması - red) ilə bağlı danışıb.
İctimaifikir.az qafqazinfo-ya istinadən xəbər verir ki, kansler İngiltərənin Avropa İttifaqından (Aİ) çıxmaq istəməsinin mənfi nəticələrinin ola biləcəyinə işarə edib:
"İngiltərə önəmli partnyorumuzdur. Ancaq "Brexit"in bir qarşılığı olacaq. Məqsədimiz həm Avropa İttifaqındakı ingilis, həm də İngiltərədəki Aİ vətəndaşları üçün təhlüksəzi mühit yaratmaqdır".
Xatırladaq ki, İngiltərədə 2016-cı ilin iyununda keçirilən referendumda seçicilərin 51,9 faizi Aİ-dən çıxmağa səs verib. Bundan sonra Aİ və İngiltərə arasında iki illik müzakirə prosesinə start verilib. Yekun qərar 2018-ci ildə açıqlanacaq.