İran Türkmənistandan qazın qiymətini aşağı salmağı tələb edir

Əgər Aşqabad idxal olunan təbii qazın qiymətinin aşağı salınması ilə bağlı Tehranın şərtlərini qəbul etməzsə, Türkmənistana qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırılacaq.

İran Türkmənistandan qazın qiymətini aşağı salmağı tələb edir

İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, bunu İran Milli Qaz Şirkətinin rəhbəri Həmid Rıza Araki deyib.

Bununla yanaşı Türkmənistan ötən qış "mavi yanacağı"n tədarükünə dair müqaviləni pozduğuna görə İran "Türkmənqaz" dövlət konsernindən dəbbə puluna ümid edir.

Həmçinin, İran məmuru qeyd edib ki, bu məsələ ilə bağlı fikir ayrılığına baxmayaraq, Türkmənistandan qazın İran ərazisindən keçərək Azərbaycana tranziti davam edəcək.

Aşqabad ilə Tehran arasında qaz mübahisəsi 2017-ci ilin yanvarından balayıb. Tehran öz şərtlərini irəli sürür və daima məhkəmə ilə hədələyir. Eyni zamanda Aşqabad iddia edir ki, İran Türkmənistanın məsələnin nizamlanması ilə bağlı irəli sürdüyü təkliflərə məhəl qoymur.




[email protected]