Azərbaycandan Rusiyaya 40 ton kartof keçirilməsinin qarşısı alınıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Azərbaycandan paytaxt regionuna daxil olan kartof məhsulunda karantin obyekti aşkar edib.

Bu barədə İdarənin mətbuat xidmətinin məlumatında bildirilir. "Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi tərəfindən "Fud Loqistik" MMC-nin şimal-şərq girişində yerləşən fitosanitar nəzarət postunda Azərbaycan Respublikasından iki avtonəqliyyat vasitəsində daxil olmuş 39,55 ton təzə ərzaq kartofuna baxış zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan qızılı kartof qurdları (Globodera rostochiensis (Woll.) Behrens.) aşkar edilib", - deyə məlumatda bildirilir.

Mətbuat xidmətindən verilən məlumata görə, həyat qabiliyyətli yumurta və sürfəli sistaların mövcudluğu "Ümumrusiya bitki karantini mərkəzi" FDBM-in mütəxəssislərinin apardığı laboratoriya ekspertizası tərəfindən təsdiqlənib.

"Həmin karantin məhsulları mülkiyyətçisinin qərarı ilə yoluxmuş kartof İdarə nümayəndəsinin iştirakı ilə məhv ediləcək", - deyə məlumatda qeyd olunub.




[email protected]