Mayın 25-də Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatının radiosu olan "Radio Senado"-da "Parlamentos do Mundo" proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, səfirlikdən verilən məlumata görə, müsahibə zamanı Səfir Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.
Məlumat üçün bildirək ki, "Radio Senado"-nun tabeliyində 10 və əməkdaşlıq etdiyi 7 radio stansiya mövcuddur və bütün Braziliyanı əhatə edən yayıma malikdir.