Rusiya əleyhinə sanksiyalarla bağlı məsələ NATO sammitində geniş müzakirə olunub.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri rəhbəri Qeri Kon bildirib.
"Sanksiyalar və Rusiyaya dair diskussiyalar aparıldı. Rusiya əleyhinə sanksiyalara dair NATO ölkələrinin əksəriyyəti ilə çox geniş diskussiyalar oldu”, - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, "Böyük yeddilik” (G7) sammitində də Rusiya mövzusunun əsas müzakirə edilən məsələlər sırasında olacağı gözlənilir.