Mayın 26-da Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, iclasda 19 məsələyə baxılacaq.
Onların arasında hərbi sahədə tarixi və mədəni irsin öyrənilməsi, qorunub saxlanması və populyarlaşdırılması sahəsində əməkdaşlığın inkişafı, səhra təlimi və döyüş hazırlığı sahəsində MDB ölkələri müdafiə nazirlərinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi, beynəlxalq terrorizmə qarşı hərbi müqavimət aspektləri, Birlik ölkələrində hərbçilərə verilən rütbələrin qarşılıqlı tanınması, silahlı qüvvələr aviasiyası uçuşlarının təminatı sahəsində əməkdaşlıq və bu cür uçuşların təhlükəsizlik vəziyyəti məsələləri var.
Şura 1992-ci ildə yaradılıb. Onun tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan daxildir. Şuranın işində Moldova, Türkmənistan və Ukrayna fəal iştirak edir.