Elmar Məmmədyarov Nyu-Yorka gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.


XİN-nin mətbuat xidmətindən bildirilib ki, səfər əsnasında Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.


[email protected]