Qənirə Paşayeva Filippinin vitse-prezidenti Leni Robredo ilə görüşdü

Millət vəkili Q.Paşayeva Filippinin vitse-prezidenti xanım Leni Robredo ilə köçkün qadınlardan danışıb.

Filippinin vitse-prezidenti xanım Leni Robredo və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirən Qənirə Paşayeva Azərbaycanın ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Millət vəkili Q.Paşayeva Filippinin vitse-prezidenti xanım Leni Robredo və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Qənirə Paşayeva Filippinin vitse-prezidenti Leni Robredo ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva görüş zamanı Filippin nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib.

Millət vəkili Qənirə Paşayeva həmçinin Filippinin sabiq xarici işlər naziri Dominqo-Albertlə də görüşüb və fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Azərbaycanın fəal qadınlarının Filippinlə əməkdaşlığın genişlənməsinə verdiyi önəmdən də danışıb və fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

 

 
 



[email protected]