Tramp Putinin elə adamı ilə əlaqə saxlayıb ki… - Şok

Donald Trampın seçkiqabağı təşviqat kampaniyasının əməkdaşları, eləcə də Maykl Flin və digər müşavirlər Rusiya məmurları, Kremllə əlaqəli olan şəxslərlə kontaktda olublar.

 İctimaifikir.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Röyter” yayıb. İddiaya görə, prezident seçkisinə qədər olan 7 ay ərzində Trampın seçki qərargahının nümayəndələri, telefon zəngləri və elektron məktublar da daxil olmaqla, Rusiya ilə 18 dəfə əlaqə saxlayıblar. Bu kontaktlardan 6-sı Rusiya səfiri Sergey Kislyakla Trampın müşaviri Maykl Flin arasında gerçəkləşib.

Donald Tramp qərargahının əməkdaşları həmçinin "Ukraynanın seçimi” hərəkatının lideri Viktor Medvedçukla da (Rusiya Prezidenti Vladimir Putin Medvedçukun qızı Daryanın xaç atasıdır – red.) əlaqəyə giriblər. Hələlik Medvedçukla Trampın qərargahı arasında əlaqənin nə zaman olduğu dəqiq bilinmir. Bilinən əsas məsələ onlar arasında ABŞ-Rusiya əməkdaşlığının müzakirə edilməsidir.

Medvedçuk Trampın qərargahı ilə hansısa əlaqəsinin olmasını artıq inkar edib. "Röyter”ə göndərdiyi elektron məktubda o, Trampın yaxın ətrafından heç kimlə tanış olmadığını bildirib.

Agentlik həmçinin Medvedçuk və Rusiya səfirindən başqa Trampın qərargahı ilə əlaqədə olan digər Rusiya nümayəndələrin adı, eləcə də Trampın müşavirlərinin adlarının gizli saxlanıldığını vurğulayıb. Agentliyin mənbələri bu əlaqələrdə ölkəyə ziyan verəcək heç bir şeyə rast gəlinmədiyini də bildiriblər.




[email protected]