BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin formalaşdırılmasına və fəaliyyətinə kömək etməyə hazırdır.
İctimaifikir.az xəbər verir ki, bunu Trend-ə FAO-nun baş direktorunun müavini, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin deyib.
O qeyd edib: "Şadam ki, Azərbaycan hökuməti Prezidentin fərmanı əsasında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə qərar qəbul edib".
V.Raxmanin bildirib ki, bu, mühüm və müstəb qərardır: "Qida məhsullarının təhlükəsizliyi üzrə səmərəli sistemin təmin olunması üçün ölkə hökumətinin qərarı FAO-nun əsas tapşırıqlarına cavab verir".
Baş direktorun müavini əlavə edib ki, belə agentliyin yaradılması Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyi standartlarını yüksəltməyə imkan verəcək və ölkənin ixrac potensialını artıracaq.