Hasilatın azaldılması müddətinin uzadılması nefti bahalaşdırır

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və ya 1,63% artaraq 48,62 dollar təşkil edib.
 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar və ya 1,55% artaraq 51,63 dollar olub.

Neftin bahalaşmasına OPEC ölkələri və iri neft istehsalçısı olan 11 dövlətin neft hasilatının daha 6 ay müddətinə uzadılmasına hazır olması səbəb olub.


[email protected]