Srağagün Türkiyənin Tarsus şəhərindəki Heydər Əliyev adına parkda mərhum preziidentin anadan olmasının 94 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə Tarsus bələdiyyəsinin sədri Şevket Can, Tarsus Kaymakamı Yüksel Ünal, Mersin Büyükşehir Bələdiyyə sədri Burhanettin Kocamaz, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov, Xətai bələdiyyəsinin sədri Əliyar Əliyev, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, aparatın baş məsləhətçisi İnal Heydərli, Çamlıyayla bələdiyyə sədri İsmail Tepebağlı, MHP Mersin İl Başkanı Atsız Afşin Yılmaz, İlçe Jandarma Komutanı Mahmut Erin, MHP Tarsus İlçe Başkanı Ertuğrul Bodur, Tarsus Müftisi Hayri Erenay, Ticarət və Sənaye Odası Başkanı Ruhi Koçak, oda ve dərnək sədrləri, bələdiyyə və məclis üzvləri, muxtarlar və çoxsaylı qonaqlar iştirak ediblər.