Lukaşenko: “Bizə yadlar lazım deyil”

Belarus dinc və dostsevər ölkədir.

 İctimaifikir.az  xəbər verir ki, bunu Qələbə günü münasibəti ilə etdiyi çıxış zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. O, Belarusun istənilən an özünü qorumaq gücündə olduğunu bildirib:

"Bizim torpaqlardan heç vaxt aqressiya gəlməyib və bundan sonra da gəlməyəcək. Biz sübut etdik ki, Belarus dinc və dostsevər ölkədir. Bu o demək deyil ki, Belarus özünü qoruya bilməz. Bizə yadlar lazım deyil, üstəlik, biz özümüzünküləri heç vaxt satmarıq. Bunu igid atalarımız bizə öyrədiblər” .




[email protected]