Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 aprel referendumundan sonra qəbul edilən dəyişikliyə əsasən, yenidən partiya sədri olmasının yolu açılıb. Ərdoğan 2 il 9 aydan sonra yenidən qurucusu olduğu partiyanın başına dönür.
Ötən gün keçirilən AKP Mərkəzi İdarə Heyətinin toplantısında Ərdoğanın partiyaya üzvlük müraciəti qəbul olunub.
Ərdoğanın partiyaya yenidən qəbul sənədi
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, mayın 21-də keçiriləcək 3-cü növbədənkənar qurultayda Ərdoğan yenidən AKP-nin sədri olacaq. Qurultayın təşkilat komitəsinin rəhbəri, AKP sədrinin müavini Mehmet Yüksektepe ötən il mayın 22-də indiki baş nazir Yıldırımın AKP sədri seçildiyi növbədənkənar qurultayın da təşkilat komitəsinə rəhbərlik edib.
Yüksəktəpə musavat.com-un Ankaradakı müxbirinə deyib ki, daha öncəki qurultayı 15 gün içərisində təşkil ediblər, bu dəfə də hazırlıqları sürətlə davam etdirirlər: "Türkiyə üçün çox önəmli bir mərələni keçdik. Hər şey gözəldir, amma daha gözəl olması üçün çalışırıq".
Musavat.com
Mehmet Yüksektepe