Tibb ictimaiyyətinin nümayəndələri akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü tamam olur.

Tibb ictimaiyyətinin nümayəndələri akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bu münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə tər çiçəklər düzüblər.




[email protected]