Belarus II Avropa Oyunlarında Azərbaycan təcrübəsindən yararlanacaq - FOTO

Bakıda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

 Belarus II Avropa Oyunlarında Azərbaycan təcrübəsindən yararlanacaq - FOTO

NRYT Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Milli.Az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək, müvafiq Protokol imzalanıb.

 

Belrus paytaxtı Minsk şəhərində 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat xidmətinin yüksək səviyyədə təşkili və təminatı sahəsində ölkəmizin təcrübəsindən yararlanmaq üçün Qarışıq Komissiyanın iclasları çərçivəsində müzakirələr aparılması qərara alınıb.




[email protected]