XX əsrin unudulmayacaq vəhşiliyi
Məmmədova Leyla Kamran qızı
ADİU-nun nəzdində Qida Sənayesi Kollecinın kimya müəllimi
Erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Rusiya və İran arasında aparılmış birinci və ikinci müharibələrin (1804- 1813, 1826-1828-ci illər) sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri (12 oktyabr 1813 və 10 fevral 1828-ci illər) xalqımızın tarixi faciələrinə və Azərbaycanın parçalanmasına səbəb olmuşdur. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı.Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində “Erməni vilayətinin” yaradılmasını elan etmişdir. Vilayətin tərkibinə həmin dövrdə 7331 azəbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi.
Ötən əsrin əvvəllərində xalqımıza qarşı yürüdülən bu siyasət nəticəsində azərbaycanlılar öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirmişlər. Azərbaycanın əhalisi 4 dəfə (1905-1907,1918-1920,1948-1953 və 1988-1993-cü illər) erməni millətçiləri tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə və deportasiyaya məruz qalmışdır. 1905-1907 illərdə Rusiyadakı inqilabi prosesdən və mərkəzin əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar. Həmin illərdə ermənilər Gəncə və Qazaxda 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında isə 75 Azərbaycan kəndi tamamilə viran qoyulmuşdur. 3431 ailə didərgin salınmış, 1683 azərbaycanlı ailəsi erməni təcavüzünə məruz qalmışdır.
1918-ci ilin mart soyqırımı isə xalqımıza qarşı törədilmış ən dəhşətli təcavüzlərdən biri olmuşdur. Erməni daşnakları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, uşaqları, qadınları qətlə yetirmiş, çoxlu abidəni məhv etmişlər. 220 kənd bütövlüklə, 400- dən artıq kənd isə qismən dağıdılmışdır. 1918-1920-ci illərdə türk müsəlman əhalisinə qarşı aparılan kütləvi qırğın təsadüfü deyildi. Bu, Daşnaksütyün Partiyasının “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq üçün törədilən ən böyük soyqırımı siyasəti idi. Sovet rəhbərliyinin qərarı ilə 1948- 1953-cü illərdə 150 minə qədər azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya olunmuş, 235 kəndin əhalisi soyqırımına məruz qalmışdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, soyqırım dedikdə hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlüklə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini məhv etmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma, qrupun bütövlükdə və ya qismən məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür.
Beynəlxalq sənədlərdə də bu əməllər soyqırımı cinayəti kimi tövsif olunmuşdur.
Bu əsaslarla Ermənistan dövləti tarix boyu xalqımıza qarşı törətdiyi cinayətlərə görə Azərbaycan dövləti qarşısında məsuliyyət daşıyır.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Prezident İlham Əliyevin hər il xalqımıza müraciəti bizi əsl vətənpərvər olmağa, sıx milli birliyə, məqsədyönlü fəaliyyətə səsləyir.
Azərbaycan xalqının tarixində və taleyində Son 200-də xalqımızın milli kimliyini, istiqlalsevərliyini, parlaq zəkasını və qəhrəmanlığını təsdiq edən çox əlamətdar tarixi hadisələr olmuşdur: İşğalçılara qarşı illərlə, on illərlə davam edən üsyanlar, mücadilərlər, müqavimətlər olmuş, nəhəng tarixi şəxsiyyətlərimiz yetişmiş və onlar bəşər elminə, mədəniyyətinə, ədəbi-mədəni xəzinəsinə layiqli tövhələr vermişlər. Amma bunların içərisində 44 günlük Vətən müharibəsi və onun tarix səhnəsinə çıxardığı Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyev xüsusi yer tutur. O ki qaldı sualınıza, əslində müharibələr tarixində görünməmiş bu vandalizm birbaşa erməni xislətinin növbəti təsdiqi, həm də Mart qırğınlarının, ondan əvvəlki bütün cinayətlərinin davamı və sonrakı vəhşiliklərinin məşqi idi.
"Şərq məsələsi"ndə çirkin alət kimi istifadə olunan ermənilər havadarlarının hərtərəfli siyasi, ideoloji və maddi yardımı ilə mənfur və məkrli niyyətləri, sonu görünməyən ərazi iddiaları ilə tarixin ayrı-ayrı dövrlərində - xüsusi ilə 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və müstəqilliyin ilk illərində xalqımıza qarşı dəhşətli cinayətlər, qətliamlar, qırğınlar, terror aktları törətmiş, sovet rejiminin repressiya və sürgün siyasətinin həyata keçirilməsinə rəvac vermiş, on minlərlə azərbaycanlını qanına qəltan etmiş, yüz minlərlə soydaşımızı doğma ocağından didərgin salmış, şəhərləri, kənd və qəsəbələri yandırmış, viran qoymuşlar. Əlbəttə, bütün bunlardan xalqımız çox ciddi nəticələr çıxarmalıdır. Erməni məkri, hiyləsi, xəyanəti, oğurluğu, ikiüzlülüyü, terroru, yalanı haqqında çox yazılmış, çox deyilmişdir.
Xalqımızın taleyinə nə tarixi, nə milli xarakteri və düşüncə tərzi, nə ədəbi-mədəni, nə də etnik- antropoloji baxımdan Qafqazla heç bir bağlılığı olmayan mənfur və vəhşi tayfa ilə qonşuluq düşmüşdür.
14.03.2025
[email protected]