Fütuhat Sələfin dahi Xələfi

Hacı Qənbər Ağayev 
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, 

“Bir millət, iki dövlət” media mükafatı laureatı


...1988-1993-cü illərdə bir neçə dəfə Azərbaycanda olmuş fransız sosioloqu   yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa XXI əsrin möcüzəsi olacaq. Əgər bu ölkədə hakimiyyətə təsadüfi adamlar gəlsə Azərbaycan məhv olacaq”.

***

      ...1991-ci ildə SSRİ dağıldı. Tarixin verdiyi imkandan istifadə edən xalqımız müstəqilliyini elan etdi. Ancaq dövlət sükanı xarici qüvvələrin əli ilə naşı, xalqın mənafeyini öz mənafeyinə qurban verənlərin əlinə keçdi.                                                         

       Ölkədə xaos başladı. İqtisadiyyat xarici və daxili qruplar tərəfindən talan edildi. Xalq ümidini tamamilə itirdi.                                                                            

      Bəli 1988-1993-cü illərdə Azərbaycan faciələr içində idi. 1993-cü ilin iyun günlərində ölkəmiz ölüm-olum reallığı və vətəndaş müharibəsi ilə üz-üzə idi. 

      Belə bir vaxtda Heydər Əliyev xalqın sürəkli və təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Və çiyninə Azərbaycan boyda ağır bir yük götürdü. Ümummilli lider Milli Məclisdə xalqa müraciət etdi: “Eşidəndə ki, mənim doğma Vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu Vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi, şübhəsiz ki, özümü qurban verməli oldum, gəldim və məsuliyyətimi öz üzərimə götürdüm.

*       *        *

      Bəli ölkə həqiqi rəhbərini tapdı. Tarixən qısa bir müddət ərzində bu dahi şəxsiyyətin qətiyyəti, müdrikliyi, titanik fəaliyyəti nəticəsində ölkə xaosdan, separatizmdən, müxtəlif daxili və xarici qruplara, qüvvələrə xidmət edən silahlı dəstələrdən, iqtisadi   tənəzzüldən, vətəndaş müharibəsindən xilas oldu. Və dünyanın ən iflic olunmuş bir regionunda dünyəvi standartlara cavab verən dövlət quruculuğu başladı. Ümummilli lider xalqın mənəvi ruhunu yüksəltdi, dövlətə və sabaha inamını bərpa etdi. 

      Dahi dövlətşünas on ildə müasir Azərbaycan dövləti quruculuğu yolunda qərinələrə bərabər iş gördü. Siyasi sabitliyi bərpa etdi, nizami ordu yaratdı. Ölkədə sosial-iqtisadi inkişaf başladı. Referendum keçirib müəllifi olduğu ölkənin əsas qanunu qəbul etdi. Azərbaycanın dünya birliyində yerini müəyyənləşdirdi. “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir”dedi. Müasir Azərbaycan dövlətinin memarı kimi tarixləşdi. Həm də məşhur rus politoloqu Oleq  Simonovun sərrast analitik müşahidəsi ilə desək,  XXI əsrdə “Azərbaycanı gələcəyə doğru aparmaqla məşğul olan dövlət xadimini” hazırladı. 

       Heydər Əliyev “İlham Əliyev Azərbaycan dövlətinin inkişafı, xalqımızın firavanlığı yolunda çox işlər görəcək və mənim başa çatdıra bilmədiyim taleyüklü məsələləri başa çatdıra biləcək” vəsiyyəti ilə xalqa müraciət etdi. 

*       *        *

      ... İlahi zəkası ilə həmişə zamanın önündə olan Ümummilli liderimizin Varisi haqqında əminliyi və inamı zaman konteksində:

         2001-ci il. Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasında  ölkəmizi təmsil edəcək qrupu və onun rəhbəri İlham Əliyevi qəbul edib tövsiyələrini verir. 

*       *        *

       Məhz İlham Əliyevin siyasi fəaliyyəti nəticəsində elə həmin il ölkəmiz bu quruma tam hüquqlu üzv qəbul olundu. Və AŞPA-da aparılan düzgün məqsədyönlü siyasət nəticəsində Avropa Şurası Qərbdə ilk təşkilat idi ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal faktını təsdiq etdi. 

      ...Bu da 2003-cü ilin avqust ayı... Ulu Öndərin fərmanı ilə Varis hökümət başçısı təyin edilir. Oktyabr ayında Azərbaycan xalqı, Türk dünyası, tərəqqipərvər bəşəriyyət ağır itki ilə üzləşir. Bütün həyatını xalqına və dövlətinə fəda edən Ulu Öndər dünya ilə vidalaşıb əbədiyyətə qovuşur. Oktyabr ayının 31-də Azərbaycan xalqı 42 yaşlı Varisi dövlət başçısı, prezident seçir. İlham Əliyev əlini Qurani Kərimin və ölkə Konstitusiyasının üstünə qoyub xalqını və vətənini qoruyacağına and içir. Və sonda ürəkləri ehtirasa gətirən “Mən hər bir azərbaycanlının prezidenti olacağam” müraciəti səslənir. 

    ... Prezident ölkənin sosial-iqtisadi, təhsil, mənəvi-milli, hərbi proqramını hazırlatdırır. Bütün istiqamətlərdə sıçrayışlı inkişaf başlayır. Öncə tikinti-abadlıq işi geniş vüsət alır. Elə prezidentin 100 gününə söykənib xalq seçiminə görə Yaradana şükür edir, Ümummilli liderin ruhuna dualar səsləndirir. Xalq arxayın olur ki, ölkənin sükanı taleyini etibar etdiyi doğma və milli rəhbərin əlindədir. 

*       *        *

       Prezidentin fəaliyyətinin birinci ilinin analitik təhlildən keçirən əlahəzrət informasiya ordusu yekdilliklə İlham Əliyevin müasir Azərbaycanın dövlətçilik tarixində qurucu prezident olduğunu bəyan etdi. 

.... 2003, 2008, 2013, 2018, 2024-cü il prezident seçkilərində xalqın Varisə inamlı etimadı xalqla hakimiyyət birliyinin, İlham Əliyevin timsalında vəhdətin nümunəsidir. Azərbaycan xalqı görür ki, 2003-cü ildən 2024-cü il dekabr təqvimi də daxil olmaqla iyirmi ildən artıqdır ki, Varis xalqın etimadı yolunda titanik fəaliyyətdədir. 

*       *        *

... Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezidenti kitabxanası Varisin 19 illik fəaliyyətinin mənzərəsini təqdim edir: 

Yaxın tariximizə ekskursiya: 

Fəaliyyətə başladığı ilk gündən qurucu prezidentin prioritet istiqamətləri; 

  • Qarabağda qələbəni təmin etmək üçün qüdrətli dövlət və güclü ordu yaratmaq,
  • Azərbaycan ordusunun döyüş qabiliyyətini artırmaq, silahlı qüvvələrin maddi-texniki bazasını möhkəmləndirmək. 

Nəticə; 2024-cü il təqvimində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. 

  • Dünya hərb tarixində xüsusi yer tutan 44 günlük Qarabağ müharibəsi İlham Əliyevin sərkərdəlik məharətini üzə çıxarır. 
  •  2020-ci il noyabr 8-də “Qarabağın döyünən ürəyi” Şuşanın işğaldan azad edilməsi tariximizə şanlı  “Zəfər günü”  kimi yazılır. 
  • Xarici KİV-lərə verdiyi 30 müsahibə jurnalistikada siyasi müstəvidə bu janrın qızıl nümunəsi olur. 
  • Dünya hərb institutları və akademiyaları müharibələr tarixinə yeni möhür vuran 44 günlük Qarabağ müharibəsinin taktikasını öyrənir, tədris edir. 
  • Qarabağ Azərbaycandır və nida”! Bu, qılınc kəsərli bəyanata qədər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yüksək səviyyədə keçirdiyi 48 görüşün akkordlarıdır.

İqtisadi epopeya: 

  • 2004-2018, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üçün qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası regionların simasını dəyişdi. 
  • 2006-2007, 2011-2013, 2014-2016-cı illərdə Bakı şəhəri və qəsəbələrinin, eləcə də Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı haqqında dövlət proqramında Bakı şəhəri və qəsəbələri üzrə həyata keçirilən tədbirlərdə Bakı şəhərində irimiqyaslı infrastruktur layihələr gerçəkləşdi. 
  • Sahibkarlıq və investisiya fəaliyyəti genişləndi. 
  • Əhaliyə xidmətin dünyaya nümunə olan Azərbaycan brendi “Asan xidmət”, “Asan dost” qurumları  yaradıldı.
  • 2016-cı ildə 2030-cu ilədək ölkənin milli qlobal prioritetlərini müəyyən edən Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı  üzrə milli Əlaqələndirmə Şurası yaradıldı ki, bu da dövlət proqramlarının və strategiyaların uzlaşdırılmasını təmin etdi. 
  • Prezidentin tapşırığına uyğun olaraq ötən 19 ildə 33 rayonda 51 aqropark, 17 müasir cins heyvandarlıq kompleksi və 34 bitkiçiklik təsərrüfatının yaradılması gerçəkləşdi. 

Prezidentin 2021-ci il tarixli sərəncamı ilə;

  • Sumqayıt kimya sənaye parkı;
  • Balaxanı sənaye parkı;
  • Yüksək texnologiyalar parkı;
  • Mingəçevir sənaye parkı;
  • Mingəçevir yüksək texnologiyalar parkı;
  • Qaradağ sənaye parkı;
  • Neftçala sənaye məhəlləsi;
  • Masallı sənaye məhəlləsi;
  • Hacıqabul sənaye məhəlləsi; 
  • Və üstəgəl qarabağda yaradılan sənaye və aqroparklar;
  • Son 19 ildə (2024-cü il rəqəmləri bura daxil deyil) ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən 4,5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb;
  • Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin nəticəsində minlərlə insanın sosial şəraiti yaxşılaşıb. Üç mindən artıq məktəbdə 400-ə yaxın məktəbəqədər təhsil, 500-ə yaxın səhiyyə müəssisələrində tikinti əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib;
  • Regionlarda 34 olimpiya idman kompleksi və bir o qədər “Gənclər evi” istifadəyə verilib;
  • Prezidentin 2020-ci il sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış”a dair “Ağıllı kənd”, “Ağıllı şəhər” proqramı ilə abad yaraşıqlı yüksək kommunal tələblərinə cavab verən evlər tikilib və 2024-cü il təqvimində bu yerlərdə 30 min əhali məskunlaşdırılıb; 
  • Birinci və ikinci Qarabağ müharibəsinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil, bu kateqoriyadan olanlara 6000 avtomobil verilib;
  • İşsiz və iş axtaranlar üçün 4 regional peşə hazırlığı mərkəzi açılıb;
  • 2013-cü ildə ölkədə mehmanxana və mehmanxana tipli 96 müəssisə var idi; Regionların inkişafı proqramlarının icrası gedişində belə müəssisələrin sayı 560-ı keçib. Bunun 400-dən çoxu regionlarda fəaliyyət göstərir;

Qarabağ işğaldan azad ediləndən sonra;

  • Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb;
  • Füzulidə və Zəngilanda Beynəlxalq hava limanları istifadəyə verilib;
  • Laçın Beynəlxalq hava limanının inşası davam etdirilir;
  • Göygöldən Murov dağının altından Kəlbəcərə 12 kilometrlik tunel çəkilir;
  • Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı, Kəlbəcər şəhərlərinin baş planı təsdiqlənib və bu istiqamətdə işlər davam etdirilir. 

Azərbaycan dünya arealında 

  • Dünya bankının “Doing business” hesabında reytinqə görə Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır;
  • Davos ümumdünya iqtisadi forumununun hesabına görə əhalinin elektrik təchizatı səviyyəsinə görə Azərbaycan dünya miqyasında 2-ci yerdədir;
  • İnkişaf etməkdə olan 74 ölkə arasında Azərbaycan islahatçı obrazına görə 5-ci sıradadır;
  • Siyasi sabitliyi təmin etməsinə görə azərbaycan 11-ci yerdədir; (xatirlamaq yerinə düşər ki 1988-1993-cü illərdə Azərbaycanda siyasi böhran tüğyan edirdi. Dövlət iflic vəziyyətində idi.)
  • İnkluziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdə qərar tutur;
  • Dünya iqtisadi forumunun qlobal rəqabət qabiliyyəti hesabatı üzrə Azərbaycan 2005-ci ildə 69-cu yerdən 2020-ci ildə 34-cü yerə yüksəlib; 
  • 2003-2023-cü illər ölkəmizdə müxtəlif sahələrin inkişafı ilə bağlı 97 dövlət proqramı qəbul edilib, icra edilib və icra olunmaqdadır;
  • Bu müddətdə (2003-2023) ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı Prezident 97 müşavirə keçirib. Bu tədbirlərdə 176 nitq söylənib. 

         Azərbaycanın   regionlarına 538 səfər reallaşıb. Bu səfərlər müstəvisində 2636 müxtəlif tədbirlərdə 282 dəfə çıxış edib.

*       *        *

    .... Dahi Varisin iqtisadi fəaliyyəti kimi siyasi fəaliyyəti də bir eradır.

  • Haqqında bəhs etdiyimiz zaman kəsiyində Qarabağ problemi ilə bağlı 256 bəyanat səsləndirib, 594 çıxış edib, 675 nitq söyləyib, 194 müsahibə verib;
  • Bütövlükdə xarici siyasət fəaliyyəti ilə bağlı dövlət və hökumət rəhbərləri ilə 3268 müxtəlif görüş və qəbul keçirib; 
  • 51 ölkəyə 308 səfər edib; 
  • 65 dövlət və hökumət rəhbərləri ilə 895, Beynəlxalq təşkilatların nümayəndələri ilə 893 görüş və qəbul reallaşıb;
  • Əgər Qoşulmama hərəkatında,   COP 29 tədbirlərində keçirdiyi görüşləri, çıxışları və qəbulları da bura əlavə etsək siyasi fəaliyyət milli iftixar doğurar. Həm Qoşulmama hərəkatına sədrliyini, həm də COP 29-da   təşkilatçılığı və çıxışını dünya analitikləri heyranlıqla qarşıladılar. Onlar etiraf etdilər ki, Azərbaycanın dövlət rəhbəri siyasi məktəb yaratdı. 

    ... Əminliklə demək olar ki, Varisin bir illik siyasi fəaliyyəti haqqında cildlərlə kitab yazmaq olar. Təkcə Qoşulmama hərəkatına sədrliyi və COP 29-da təşkilatçılığı haqda seriallar çəkilsə Hollywoodda çəkilən seriallar kölgədə qalar. 

    COP 29  çıxışında ölkəmizin düşmənlərinə səslənməsini İmişli rayonu Qaralar kənd məscidinin axundu Elməddin Süleymanov öz instagram səhifəsində belə adlandırdı: “Qərbə atəş kimi cavab”.

*       *        *

      .... İlimiz 365 gündür. Ölkəmizdə 5 günlük iş həftəsində Konstitusiyamızda hər bir işçinin ildə 96 istirahət günündən istifadə hüququ təsbit olunub. Apardığım araşdırmaya görə ölkə başçısı İlham Əliyev il ərzində konstitusiyanın ona verdiyi 96 istirahət gününün 88-ni iş başında dövlətə və xalqa xidmətdə keçirib. Budur xalqa xidmətin dünya miqyasında parlaq nümunə məktəbi.

       Ölkə rəhbərinin 20 il fəaliyyətinin hansı səhifəsini açarsansa orada hər gün xalqa fanatik vurğunluğun fədakar xidmətini görürsən. 

... Ata - siyasət fatehi Heydər Əliyev Azərbaycan rəhbərliyində, Moskvada, SSRİ kimi nəhəng imperiyanı idarə edənlər sırasında tarixə düşdü. Fütuhat atanın dahi oğlu İlham Əliyev Azərbaycan Prezidenti kimi Bakıdan dünyanı idarə edənlərdən biri kimi tarixləşir...

Həm sərkərdə kimi, həm siyasətçi kimi rəhbərliyi milli fəxarət doğurur;

  • Hər bir vətəndaşının prezidenti olan, 
  • Azərbaycanı iqtisadi və siyasi cəhətdən güclü edib dünyada tanıdan,
  • Nəyi necə etməyin vaxtını dəqiq bilən, 
  • Qarabağ Azərbaycandır və nida”deyib vətəni bütövləşdirən,
  • Ata vəsiyyətini Yaradanın izni, xalqın köməyi, yaratdığı qüdrətli ordunun qələbəsi ilə yerinə yetirən,
  • Qarabağ müharibəsiylə bağlı 600 sualı qibtəedici siyasi peşəkarlıqla cavablandıran, 
  • Hansı ölkəni təmsil etməsindən asılı olmayaraq jurnalistlərlə hörmətlə səbr və təmkinlə davranan, 
  • Azərbaycanın düşmənlərinə “Atəş kimi cavab” verən,
  • İslam həmrəyliyinin həqiqi, etibarlı, dayanıqlı binasının ucaldılmasına qızıl kərpiclər hörən,
  • Türk dövlətləri təşkilatı quruculuğuna ünlü töhfə verən, 
  • Siyasətə qoşulmayan dünya dövlətlərinin birliyinə qibtəedici yeni impuls verən, 
  • Allahın yaratdığı dünyanın bakirəliyini zədələyən ölkələrə planetimizi bərpa etməyin Azərbaycan dərsini keçən, 
  • Tolerantlığın Azərbaycanda dünyəvi nümunəsini yaradan, kilsə və sinaqoqlara dünyəvi dəyərlərlə yanaşan, 
  • Ucalan binaların, çəkilən yolların, məktəb və məktəbəqədər müəssisələrin, inzibati binaların, genişləndirilən və yeni parkların salınmasına, bir sözlə, abadlıq işlərinə xüsusi qayğı göstərən, 
  • Hər illik fəaliyyəti epopeya və ölkədə 20 illik fəaliyyəti milli inkişafımıza örnək olan, 
  • Həm ölkəmizdə həm də dünyada haqlının yanında Pir kimi dayanan, haqsızlığın qarşısını nər kimi kəsən bu rəhbərin ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə öncül yer alması, xarici və daxili siyasəti, beynəlxalq əlaqələri, Azərbaycanın beynəlxalq bütövlüyünü təmin edən sərkərdəliyi, imzaladığı fərman və sərəncamları, səsləndirdiyi bəyanatları, etdiyi nitq və çıxışları, verdiyi müsahibələri, xaricə və ölkə daxilinə səfərləri, dövlət və hökumət rəhbərləri, eləcə də beynəlxalq təşkilatların, özəl qurumların nümayəndələri ilə apardığı görüşləri, müşavirələri, iştirak etdiyi konfransları, qəbul etdiyi   aministiya aktları və əfv sərəncamlarını rəqəm timsalında toplayıb 20 ilə bölsək bir əsrlik fəaliyyətin fantastik mənzərəsini görərik. 

.... Prezident kitabxanası ölkə başçısının fəaliyyəti ilə bağlı hesabat dərc edib. Azərbaycan xalqının ümumi rəyini ifadə edən bu hesabatda deyilir: “Xalqımız ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısı, müzəffər ali baş komandan İlham Əliyevə minnətdarlıq edir, onunla qürur duyur”.

     ...Tarix göstərdi ki, müasir Azərbaycan dövlətinin memarı, fütuhat sələf Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Zaman göstərir ki, onun dahi xələfi qəhrəmanlıq tariximizin XXI əsr zirvəsi İlham Əliyev siyasi rəhbərliyinin də alternativi yoxdur.

    İnamdı yurduna, töhfədi haqdan,

Ləldi, cəvahirdi, oğuldu, oğul.

Hamidir yurduna, Vətəndi adı.

Allahın dövlətə dürdanəsidir.

Millətin şərəfi, yurdun səsidir.

*       *        *

Əli dəmir yumruq düşmən başında

Ləyaqət rəmzidir el yaddaşında 

İlahidən gəlib hikmət-kamalı

Yetir planetə sözü, amalı 

Elmi siyasətdir, atadan gəlib 

Validir yurduna xudadan gəlib.


21.12.2024


[email protected]