Dekabrın 13-də İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” işə başlayacaq. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə baş tutacaq. AZƏRTAC xəbər verir ki, strateji kommu
Bu ilin 10 ayı ərzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalarının həcmi 68 faiz, konteyner daşımaları isə 2,7 dəfə artıb. Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Kabayev Mangistau bölgəsinin inkişafına həsr olunmuş müşavirədə bildirib.
Qazaxıstan Respublikası hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dəmir yolu ilə 2,3 milyon ton, dəniz nəqliyyatı ilə isə 6,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 3 faiz çoxdur.
Baş nazir Oljas Bektenov Mangistau vilayətində aviasiya qovşağının inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkib.
Nəqliyyat Nazirliyinə Energetika Nazirliyi və “KazMunayQaz”la birlikdə regiona təyyarə yanacağının birbaşa tədarükü məsələlərini, habelə xarici aviaşirkətləri cəlb etməklə yeni istiqamətlərə subsidiyalaşdırılan daxili reyslərin artırılması məsələlərini həll etmək tapşırılıb.
Oljas Bektenov Aktau Dəniz Limanı azad iqtisadi zonasının genişləndirilməsi üçün potensial investorların cəlb edilməsi istiqamətində səylərin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
[email protected]