44 günlük qəhrəmanlıq savaşımız

ABDULLAYEVA TƏRANƏ QEYİS QIZI
ADPU-NUN BİOLOGİYA VƏ ONUN TƏDRİSİ TEXNOLOGİYASI KAFEDRASININ DOSENTİ, BİOLOGİYA ELMLƏRİ ÜZRƏ FƏLSƏFƏ DOKTORU, "ADPU-100" media medalı mükafatı laureatı


Qarabağın baş tacı Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin kulminasiyası idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin gedişində nüfuzlu media subyektlərinə müsahibəsində bəyan etmişdi ki, “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşasız bizim işimiz yarımçıq olar”. Bu bəyanat Azərbaycan bayrağının tezliklə alınmaz qala olan Şuşada dalğalanacağının anonsu idi.
O bildirib ki, sentyabrın 27-də bütün cəbhə boyu başlayan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
"Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-a yaxın müsahibə verdi. Beləliklə, münaqişə ilə bağlı əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bu, döyüş meydanında hər gün uğur qazanan Azərbaycanın informasiya cəbhəsindəki qələbəsi idi. Dövlətimizin başçısı bütün çıxışlarında Azərbaycanın ədalətli sülh istədiyini bəyan edirdi. 44 günlük müharibə, eyni zamanda, milli birlik və siyasi həmrəyliyi nümayiş etdirdi. Belə ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat yayması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığının təsdiqi idi.
Noyabrın 8-də alınmaz qala sayılan Şuşanın işğaldan azad olunmasından sonra isə müharibənin taleyi həll olundu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülh rəmzidir”.
Deputat qeyd edib ki, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Ermənistan ordusu tərəfindən boşaldıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı. Son 4 il ərzində işğaldan azad olunmuş ərazilərin kompleks bərpası və Böyük Qayıdış strategiyası uğurla reallaşmaqdadır.
Eyni zamanda, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrasını xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, ümumilikdə postmüharibə dövründə sözügedən sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 358 min xidmət göstərilib. Cəmiyyətin həssas təbəqəsinə diqqət və qayğı bu gün də davam edir.
"Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan öz sərhədlərində möhkəmlənməyə başladı. 2023-cü il aprelin 23-də “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin qurulması isə Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi tarixə düşdü. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə isə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi bir sutkadan da az davam edən əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bu, 44 günlük Vətən müharibəsinin məntiqi sonluğu idi.
Son 4 ilin mənzərəsinə nəzər salsaq, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vaxtı ilə BMT Təhlükəsizlik Şurasının üzvü, Qoşulmama Hərəkatının sədri seçilən Azərbaycanı dünya birliyi COP29 kimi nüfuzlu iqlim konfransının ev sahibi kimi dəstəklədi. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olmasını bir daha təsdiqləyir. Artıq COP29-a sayılı günlər qalıb. BMT-nin ən nüfuzlu tədbiri olan COP-a ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə kimi qlobal prosesə öz töhfəsini verir. Belə nəhəng platformaya ev sahibliyi etmək, təbii ki, böyük məsuliyyətdir. Cənubi Qafqaz və MDB məkanında ilk dəfə COP-un məhz Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Regionun qalib və lider ölkəsi kimi Azərbaycanın yaşıl gündəliyi də olduqca zəngindir. İqlim dəyişikliyi ilə mübarizəyə dair ölkəmizin irəli sürdüyü təşəbbüslər təqdir olunur. Azad olunmuş ərazilərin yaşıl enerji potensialının inkişaf etdirilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. 30 illik işğal dövründə Ermənistan tərəfindən “boz zona”ya çevrilən Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı ilə öz töhfəsini verir və beynəlxalq platformalarda müzakirə olunur. Beləliklə, COP29 iqlim müzakirələri ilə yanaşı, həm də ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa edən Azərbaycanın sabitləşdirici faktor və regionun iqtisadi drayveri kimi təqdimatı olacaq.

07.11.2024




[email protected]