Əhədova Sevil Heydər qızı 26 iyul 1947-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. 1965-ci ildə Lənkəran şəhət 1 nömrəli orta məktəbini qızıl medalla bitirərək elə həmin il N.Nərimanov Adına Azərbaycan Tibb İnstitutuna daxil olub.1971-ci ildə ali tibb təhsilinin fərqlənmə diplomu ilə başa vuraraq Lənkər
an səhiyyəsinə təyinat alıb və rayon Mərkəzi Xəstəxanasındakı doğum şöbəsində mama-ginekoloq kimi fəaliyyətə başlayıb.15 il mama-ginekoloq şöbəsində fasiləsiz rəhbərlik edib.İşlədiyi müddətdə “səhiyyə əlaçısı” medalına və müxtəlif fəxri fərmanlara layiq görülüb. Ailədə 8 uşaq - 4 bacı, 4 qardaş olublar. Onların hamısı fəal həyat mövqeyi qazanıb. Aralarında rəhmətə gedənlər də var, yaşayanlar da. Müxtəlif peşə sahibləri kimi təkcə özlərini deyil, el-obanı düşünüblər, bacardıqları qədər cəmiyyətə fayda veriblər. Əslində Sevil xanımın ürəyində həkimlik peşəsinə hədsiz sevgi olsa da atası onu təhsilini davam etdirməyə razılıq vermirdi.Lakin, bu işdə Ulu öndər Heydər Əliyevin bacısı Lənkəran şəhər 1 nömrəli orta məktəbində işləyən Şəfiqə xanım Əli-yevə sevimli şagirdinə yardımçı olub. Şəfiqə müəllimə şagirdinin təhsilini davam etdirməsi üçün atasını da razı sala bilmişdi.Təsadüfi deyil ki, Sevil xanım həyatda qazandığı uğurlara görə sevimli müəllimi Şəfiqə xanıma həmişə minnətdar, borclu olduğunu dönə-dönə bildirərdi.İndi onların ikisi də həyatda yoxdur, lakin xatirələr yaşayır.
Sevil xanım isə həkimlik peşəsini seçdi. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universitetini) bitirdikdən sonra Lənkərana təyinat aldı. Mərkəzi Rayon Xəstəxanasında, Şürük kənd xəstəxanasında və bir çox başqa tibbi müəssisələrdə ixtisası üzrə işlədi. Öz səmərəli tibbi fəaliyyəti ilə qısa müddətdə nəinki Lənkəranda,