Ulu Öndər Heydər Əliyev tarixi çərçivələrə sığışmayan şəxsiyyətdir

Ulu Öndər Heydər Əliyev tarixi çərçivələrə sığışmayan şəxsiyyətdir 
 
Muradova Elnarə Müzəffər qızı  
ADPU-nun "Biologiya və onun tədrisi texnologiyası” kafedrasının dosenti,
biologiya üzrə fəlsəfə doktoru, 
"Heydər Əliyev-100” media mükafatı laureatı

Bioloiya üzrə fəlsəfə doktoru, dosent  Muradova Elnarə Müzəffər  qızı 1972-ci il dekabrın 8-də Bakı şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə daxil olmuşdur,  Bakı Dövlət Universitetini bitirdikdən sonra  Azərbaycan Dövlət Pedaqoji Universitetində əmək fəaliyyətinə başlamışdır. 2015- ci ildə   "Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarının zərərvericiləri, onların parazit və yırtıcıları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 
2017-cı ildən 2022-ci ilədək Kmya və Biologiya fakültəsinin dekan müavini vəziəsində işləmişdir. Hazırda Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosentidir.
Dosent E.M.Muradova  bir sıra yerli və beynəlxalq  seminar  konfransların iştirakçısı olmuş  və  dəfələrlə  Azərbaycan Təhsil Nazirliyinin  sertifikatlarını və   Fəxri diplomunu almışdır. 30- dan artıq elmi məqalə və dərs vəsaitlərinin müəllifidir.
***
Ulu Öndər Heydər Əliyev tarixi çərçivələrı sığışmayan şəxsiyyətdir. İndiki vəzifəmiz onun bütün sahələrdə, xüsusən dövlətçilik sahəsində yaratdığı zəngin təcrübəni öyrənməkdən və geniş xalq kütlələrinə öyrətməkdən ibarətdir.
Məhz Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin olundu, zoraki dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı.
Bu fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Arif İmanovun "Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hüquqi dövlətin və ədalət mühakiməsinin bərqərar olmasında müstəsna xidmətləri danılmazdır” sərlövhəli məqaləsində yer alıb.
Bildirilib ki, müasir dövrdə ölkəmizdə ictimai, siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, həyatın bütün sahələrində nailiyyətlərin əldə olunması, habelə köklü hüquqi islahatların aparılması, o cümlədən ədliyyə orqanlarının fəaliyyətinin təmin edilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dahi rəhbər müasir məhkəmə və ədliyyə sisteminin inkişafında müstəsna xidmətlər göstərib. Onun rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verilib. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafiə olunması Ümummilli Liderin xidmətidir.
Ulu Öndər Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da yaxşılaşdırmaq, bu sahədə dövlət idarəçiliyini təkmilləşdirmək məqsədilə "Cinayətkarlığa qarşı mübarizə və hüquq qaydalarının daha da möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli Fərman imzalayıb. Bu Fərman ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratdı. Həmin Fərmana əsasən, Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə metodları və üsulları genişləndirildi, cinayətkarlığa şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirildi, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırıldı və uğurla həyata keçirildi. Bununla da hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.
Ümummilli Lider dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi.
Ölkəni daim inkişafda görən Ulu Öndərimiz demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu daha da sürətləndirmək məqsədilə 1996-cı il fevralın 21-də Hüquqi İslahatlar Komissiyası yaradılması barədə qərar qəbul edib. Həmin komissiyanın hazırladığı Avropa standartlarına uyğun Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, "Prokurorluq haqqında”, "Vəkillik haqqında”, "Polis haqqında”, "Əməliyyat-axtarış fəaliyyəti haqqında”, eləcə də "Notariat haqqında”, "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyələrin seçkiləri haqqında” və digər Qanun layihələrinin Milli Məclis tərəfindən qəbul edilməsi ilə milli qanunvericilik sistemimiz köklü şəkildə dəyişərək müasirləşdi.
Bununla yanaşı, ölkəmizdə hüquq islahatlarının tərkib hissəsi olan məhkəmə hüquq islahatları həyata keçirilməyə başlandı. İlk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradıldı. Hakimlərin obyektiv və şəffaf prosedurlar, test üsulu ilə seçiminə start verildi. Bu baxımdan "Məhkəmələr və hakimlər haqqında”, "Konstitusiya Məhkəməsi haqqında” və digər qanunların qəbulu mühüm əhəmiyyətə malikdir.
1998-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ölüm cəzası ləğv edildi. Bu, Ümummilli Lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Bütövlükdə Şərq aləmində ilk dəfə yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin ədliyyə fəaliyyəti xüsusi diqqətdə saxlanılıb, onun demokratik qurum kimi formalaşması üçün ardıcıl tədbirlər həyata keçirilib. Ümummilli Liderin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü elan edilib. Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və əzmi nəticəsində 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurası kimi mötəbər təşkilata tamhüquqlu üzv qəbul edildi, bu da ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsinə, insan hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılmasına, qanunun aliliyinin təmin olunmasına təkan verdi.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı il yanvarın 19-da Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Fərman imzalayan Prezident İlham Əliyev bəzi məhkəmə instansiyalarının fəaliyyəti ilə bağlı vətəndaşlarda narahatlıq doğuran məqamların aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar qoyub.
Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış orqanı olan İnsan Hüquqları Şurasına üzv seçilib. Bu hal Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb edilməsini və imicinin artdığını bir daha təsdiqləyir. Bununla yanaşı, Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət sahəsinin genişləndirilməsinə və müasirləşdirilməsinə xidmət edən bir sıra fərmanlar və sərəncamlar imzalayıb.
Böyük Lider Heydər Əliyev ordu quruculuğuna böyük diqqət yetirirdi. Onun davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi zəfərə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfər ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Beləliklə, 30 il işğal altında olmuş torpaqlarımız azadlığına qovuşdu, hazırda üçrəngli Bayrağımız Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır.
Dövlətimizin başçısının rəhbərliyi ilə doğma torpaqlarımız nəhəng quruculuq işləri aparılmaqla sürətlə bərpa olunur, soydaşlarımız artıq öz dədə-baba yurdlarına dönürlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, dini və mədəni abidələrimizin bərpası ilə bağlı mühüm layihələr reallaşdırılır. Vətən müharibəsindəki şanlı Qələbəmiz həyatın bütün sahələrində olduğu kimi məhkəmə-hüquq sahəsində də böyük ruh yüksəkliyi yaradıb.
 
28.04.2023




[email protected]