ƏHMƏD CAVAD DÜNYASI

 

Əhməd Cavad Muhəmmədəli Axundzadə 1892-ci ildə may ayının 5-də Şəmkir rayonunun Seyfəli kəndində ruhani bir ailədə anadan olmuşdur.Atası Məmmədəli həmin dövrün axundu olub. Əhməd Cavadın 6 yaşı olanda atası vəfat etmişdir.Atasının ölümündən sonra ailə çətin günlər keçirmişdi.

O hələ uşaq yaşlarından Quranın bəzi surələrini əzbər bilirdi və onları xoş səslə oxuyurdu. İlk təhsilini Seyfəli kəndindəki müsəlman məktəbində başlamışdır.

Vicdan mənə əmr etdi ki,

Belə gündə bayram etmə!

Quran mənə yol göstərir:

Yoxsulları məyus etmə!..

Əhmədin yaxşı orta təhsil alması üçün onu Şah Abbas məscidinin yaxınlığındakı müsəlman seminariyasına salırlar.Onun müəllimləri arasında şair və dramaturq Hüseyn Cavid, Şeyxulislam Pişnamazzadə və başqaları kimi gözəl mütəfəkkirlər də vardı.Əhməd çətin ailə şəraitində müvəffəqiyyətli olduğuna görə məktəbin müdiriyyəti ona təqaüd də verirdi.

Əhməd Cavad Batumidə xeyriyyə işlərinə kömək edən Süleyman bəylə tanış olur.Bu tanişlıqdan sonra onun qızına aşiq olan Əhməd Cavada Süleyman bəy yox deyir. Lakin Şükriyyə xanım bütün atasının var - dövlətini göz ardına vuraraqƏhməd bəyə qoşulub Gəncəyə gəlir. O zaman Şükriyyə xanımın 17 yaşı var idi. Əhməd Cavad bu qənirsiz gözəli tükənməz məhəbbətlə sevirmiş.Ömrünün axırına kimi də ona etibarlı ömür - gün yoldaşı, sədaqətli ər olur.

1937-ci ildə Əhməd Cavad həbs olunandan sonra Mircəfər Bağırov Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma Cavaddan boşanmağı təklif edir. Şükriyyə xanıma bildirir ki, əgər o boşanmasa Əhməd Cavadı həbs edəcəklər. Şükriyyə xanım isə Mircəfər Bağırova cavab verirki,O, Əhməd Cavada görə atası Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçıb. Amma Cavadı heç vaxt ayaqlamayıb.O hətta bildirib ki, Cavadı güllələyə bilərlər, amma onun boşanma ərizəsi ona güllədən də ağır olar. Şükriyyə xanım çox əziyyətli yollar keçərək hətta həbsə belə düşərək öz ailəsini və namusunu qoruyub saxlamışdır.

Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olmuş, həm Azərbaycan Demokratik Cumhuriyyətinin yaradılmasında yaxından iştirak etmiş, həm də onun fəal üzvlərindən olmuşdur.

Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir.

O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlir. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır. Əhməd Cavad 1930-33-cü illərdə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda rus dili müəllimi, daha sonra kafedra müdiri işləyir.1933-cü ildə professor olur.Yeri gəlmişkən, Azərbaycanda rus dili üzrə professor rütbəsinə bu dövrdə layiq görülən ilk azərbaycanlı Əhməd Cavad olub.O zaman Seyfəlidəki məktəb dördillikmiş.Əhməd Cavad hər dəfə kəndə gələndə məktəbə baş çəkər, məktəblilərlə, müəllimlərlə söhbət edərmiş. Orda təhsil alan uşaqlara oranı bitirdikdən sonra Gəncədə təhsil almaqlarını vəd verərmiş.

Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmışdı. 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə etmişdir."Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir. Əhməd Cavad şeirlər toplusunun əksəriyyətini mədrəsədə oxuduğu illərdə qələmə almışdır. Onların çoxu ərəb-fars sözləri, tərkibləri ilə doludur. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.

1913-cü ildə "Dilimiz" şeirini qələmə almışdır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunmuş, ona özünün aydın münasibətini bildirmişdi. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxmışdır.

 

Baxaq dilimizə, nələr görünür?

Oxuyub anlamaq yazmaqdan gücdür.

Yazan düşünmədən yazsa da belə,

Oxucu beş-on gün gərək düşünə:

Ki, anlasın bu söz ərəbmi, farsmı?

O ki, qaldı məna... anlayan hanı.

Çoxları anlamaz millətdən, aydın,

Bircə parçasını şair yazanın.

Gün oldu şairlər, göyə çıxdılar,

Bu yazıq millətə ordan baxdılar.

Əhməd Cavad xalqımız üçün yalnız ədəbi yox, eyni zamanda tarixi şəxsiyyətdir. İstiqlal şairinin yaradıcılığının araşdırılmasında ardıcillıq yalnız müstəqillikdən sonra gerçəkləşmişdir. Lakin şairin ədəbi-tarixi fəaliyyəti bu araşdırılmaların davamı zərurətini tələb edir. Şairin fikir və sənət tariximizdə yerinin müəyyənləşdirilməsi üçün bir sıra problemlərə aydınlıq gətirilməsi lazımdır.

Ə.Cavad ictimai-ədəbi fikirdə istiqlal ideyalarının poetik vəpublisistik təbliğində fəal iştiraketmiş, bu məqsədlə çoxlu şeir, poema, məqalələryazmış, alovlu çıxışlaretmiş, lazım gəldikdə ictimaixadim və əsgərkimi də fəaliyyət göstərən görkəmli Azərbaycan şairlərindəndir.Onun yaradıcılığında istiqlal, Azərbaycan- çılıq, Turançılıq, türkçülük, islamçılıq və ümumiyyətlə, insan sevgisi mövzuları qovuşuq halda əks etdirilmişdir. Bunu həm şairin türkçülükruhlu əsərlərində,həm də əməli fəaliyyətində müşahidə etməkolar.

Ə.Cavadın yaradıcılığı və şəxsiyyəti Türkiyənin təkcə ədəbi mühitində deyil, siyasi və hökumət dairələrində də məşhurolmuşdur.Türkiyənin o vaxtkı, həm də hazırkı siyasi xadimlərinin Ə.Cavada sevgi və məhəbbətləri buna əyani misaldır. 2006-cı ildə Türkiyə BöyükMillət Məclisində Əhməd Cavadın Türkiyəyə vəbütövlükdə türkkültürünə xidmətlərinin gündəmə gətirilib qiymətləndirilməsi bir daha göstərdiki,onun şəxsiyyəti və yaradıcılığı Azərbaycan-Türkiyə ədəbi və ictimai əlaqələrində bu gün də xüsusi yer tutur.

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

ƏHMƏD CAVAD DÜNYASI

 

GÜLNARƏ TAĞIYEVA

Azərbaycan Dövlət Pedoqoji Universitetinin

Filologiya Fakultəsi

Xarici Dillər Mərkəzinin müəllimi

 




[email protected]