Türk mədəniyyətini dünyaya tanıdaq

 

Türk mədəniyyətini dünyaya tanıdaq 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

13-15 may 2022-ci il tarixlərində Türkiyə Cumhuriyyətinin Osmaniye elinin Kadırlı ilçesində Avrasya Sanat, Kültür, Edebiyat ve Bilim Federasyonunun (ASKEF) təşkilatçılığı ilə Birinci Uluslararası Türk Dünyası Kültür ve Sanat Festivali keçirildi. Tədbirdə bir çox ölkələrin nümayəndələri iştirak edirdi. İştirakçı dövlətlər arasında Azərbaycanın, Türkmənistanın, Qazaxıstanın, Qırğızıstanın, Tatarstanın, İrak türkmanlarının nümayəndələri, elm, mədəniyyat adamları, şairlər, rəssamlar, müxtəlif peşəvə iş adamları iştirak edirdilər.

Türk mədəniyyətini dünyaya tanıdaq

 

Festivala ASKEF təşkilatının genəl başkanı Savaş Ünal bəy, Qonca Aydemir,Azərbaycan təmsilçilisi Sona İsmayılova rəhbərlik edirdi. Tədbirdə Azərbaycandan iyirmi səkkiz nəfər elm və mədəniyyət adamlı iştirak edirdi. 14 may 2022-ci il tarixində keçirilən Azərbaycan günü Kadırlı əhalisi tərəfindən rəğbətlə qarşılandı. İncəsənət ustalarımız tərəfindən türkün şanlı tarixini əks etdirən mahnılar, şeirlər səsləndi. Tədbirin sonunda istiqlal marşı, Turan və ASKEF-in marşı səsləndirildi. Bütün türk dövlətlərinin bayraqları səhnəyə gətirildi. Yerli əhalinin də iştirakı ilə açıq havada yürüş keçirildi. Kadırlıda qız öyrəci yurdunun təməlqoyma mərasimi keçirildi. Tədbirin sonunda hər il may ayında belə bir festivalın keçirilməsi qərara alındı.

Türk mədəniyyətini dünyaya tanıdaq

Olduqca böyük təntənə və coşqu ilə keçən tədbirin məqsədi mədəniyyətimizə, sənətimizə və ədəbiyyatımıza sahib çıxmaq, türk ədəbiyyatını dünyaya tanıtmaq idi.

Əsas məqsəd Kadırlının Aslantəpə ərazisindəki qədim daş yazıların UNESKO-nun dünya mədəni irsi siyahısına salınması və dünyay tanıdılması məsələsi idi. Tarixi miladdan əvvəlki dövrə gedib çıxan həmin yazıların sfinks heykəllər (insan başlı heyvanlar) və aslan heykəlləri üzərində yazılması da maraq doğurur. Ehtimala görə, yazılar hithitlərin yazı nümunələri hesab edilə bilər. Daşlar üzərindəki yazılar parallel olaraq iki dildə təqdim edilmişdir.

Aslantəpə açıq muzeyindəki daş kitabələrin tədqiqinə, araşdırılmasına ehtiyac vardır. Bu məsələ türk xalqlarının qədim tarixə malik olduğunu, özünəməxsus mədəniyyətə, tarixə, yazıya malik olduğunu isbat edən dəlillərdir.

Dövlət səviyyəsində keçirilən tədbirdə Osmaniyyə kaymakamlığı, Kadırlı bələdiyyəsi, Milli Egitim müdirliyi nümayəndələri və digər təşkilatlar iştirak edirdi.

 Türk mədəniyyətini dünyaya tanıdaq

 

Həcər Hüseynova-Umani 
ADPU-nun filologiya üzrə elmlər doktoru, professor,
Prezident təqaüdçüsü, yazıçı-publisist, "Zəfər”, "Nizami Gəncəvi-880”,
"Azərbaycan xanımı” media mükafatları laureatı

 





[email protected]