Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan dili" kafedrasının müdiri,
filologiya üzre felsefe doktıru, dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı mükafatı laureatı
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarət altına aldığı Şuşa ölkənin mədəniyyət paytaxtı elan edilib.
Mayın 7-də Şuşanı mədəniyyət paytaxtı elan edən Prezidentin qərarında bildirilir ki, şəhərin Ermənistan ordusu tərəfindən işğalı onun tarixi-mədəni irsinin məhvi ilə nəticələnib.
Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir.
Qarabağ tarixini araşdıran Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağrılıb.
Qarabağ xanlığı Rus-Fars müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə 19-cu əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilib.
Azərbaycanda Sovet dövlətinin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilib.
Lakin bu qərar 1923-cü ildə dəyişdirilib və mərkəz Xankəndinə köçürülüb.
Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicə əhəmiyyəti baxımından Sovet illərində kurort şəhəri hesab olunub.
Burda kilsə və məscidlər, karvansaralar, muzeylər vardı. Şuşa teatrının tarixi 19-cu əsrin axırlarından başlayıb.
Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb.
Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliiyət göstərib.
Şəhər işğal olunana kimi orada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar olub.
Azərbaycan paytaxtından 373 kilometr aralıda yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib.
Azərbaycanın rəsmi məlumatına görə, Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb.
Bundan başqa 55 nəfər əsir düşüb və ya ya girov götürülüb.
İşğal nəticəsində 22 minə yaxın insan məcburi köçkün düşüb.
28 ildir ki, Azərbaycan Şuşasının həsrətiylə yaşayır, böyük səbir və dözümlə işğal altında olan doğma torpaqlarının qansız, müharibəsiz, beynəlxalq hüquq normalarına uyğun şəkildə geri qaytarılmasını gözləyirdisə də, məsələ kağızlar üstündə qalmağa, Azərbaycanın digər əraziləri, dinc azərbaycanlılar düşmən təxribatlarına tuş gəlməyə davam edirdi. Və nəhayət ölkə rəhbəri – Azərbaycanın Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev həddini aşıb azğınlaşmış ermənilərin yerinə oturdulması məqsədilə məsələnin hərbi qaydada həllini yeganə çıxış yolu olaraq ortaya qoydu.
2021-ci ilin sentyabr ayının 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu ölkənin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğalçı ermənilərin xarabalıqlara çevirdiyi torpaqlarımızı kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər qəsbkarlardan azad etməyə, bayrağımızı ucaltmaqla başladı... 8 noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma Şuşasına qovuşdurdu... 10 noyabr tarixi isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Gününə çevrildi.
[email protected]