Həcər Emin qızı Hüseynova
Filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü,
"XXI əsr ziyalısı”, "Qızıl qələm”, "Dəmir yumruq” mükafatları laureatı
Şuşa şəhəri İlahinin təbiətdə yaratdığı ən gözəl bir məkandır. Uca dağların ən yüksək zirvəsində yerləşən şəhər sanki gözəl bir üzüyün qiymətli qaşıdır. Şəhərin üç tərəfdən sıldırım qayalarla əhatə olunması da bu yerə xüsusi bir sehrli, ecazkar görünüşü verir. Cıdır düzünü Şuşa şəhərinin simvolu hesab etmək olar. Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri, bundan başqa məhəllələrdə yerləşən kişik məscidlər Şuşanın sehirli-sirli dünyasının ilahi təcəssümüdür. Şuşanın hər daşı, hər qayası bir muzeydir.
Bəzi məlumatlarda Şuşa şəhərinin əsasının 18-ci əsrin ortalarında qoyulması söylənilir. Guya, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirmiş, lakin bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilməmişdir. Ona görə xan daha strateji bir məkan seçməyi qərara almışdır. Bəzi Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası tələblərə cavab verdiyi üçün Pənahəli xan şəhəri burada salmışdır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad, sonralar isə Şuşa adlandırılmışdır.
Qarabağ xanlığı rus-fars müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə 19-cu əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilmişdir.
Azərbaycanda Sovet dövlətinin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilmiş, lakin bu qərar 1923-cü ildə dəyişdirilmiş və mərkəz Xankəndinə köçürülmüşdür.
Bütün dövrlərdə şəhər əhalisinin əksəriyyəti-aborigenlər azərbaycanlılar olmuşlar.
Tarixçilərin bildirdiyinə görə, Rus İmperiyası dövründə Dağlıq Qarabağın demoqrafiyasını dəyişmək üçün 1828-1830-cu illərdə buraya İrandan 40 min, Türkiyədən 84 min erməni əhalisi köçürülmüşdür.
Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bu, ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" kimi qəbul olunmuşdu.
Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçmiş və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilmişdir.
Ermənicə "Şuşi" adlandırılan bu şəhər ermənilər üçün də əhəmiyyətli hesab olunmuş, xəstə təfəkkürlərilə bu qədim türk yurdunu erməni torpaqları adlandırmışlar.
Şuşa şəhəri gözəl təbiətinə, saf havasına görə və müalicə əhəmiyyəti baxımından hələ sovet dönəmində kurort şəhəri hesab olunmuşdur.
Burada dini ocaqlar, məscidlər, karvansaralar, muzeylər vardır. Şuşa teatrının tarixi 19-cu əsrin axırlarından başlayır.
Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdir. Şuşa "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılmışdır.
Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliiyət göstərmişdir.
Şəhər işğal olunana qədər orada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar olmuşdur.
Hazırda işğaldan azad edilmiş Şuşa Azərbaycanın mədəniyyət mərkəzi elan edilmişdir. Ənənəvi olaraq burada musiqi bayramlarının, "Xarıbülbül” festivalının keçirilməsinə start verilmişdir. Tədbiri təşkil edən Heydər Əliyev Fonduna əsasən, festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığının təqdim edilməsi, xalq və klassik musiqidən ibarət proqramlar həyata keçirilmişdir.
Azərbaycan paytaxtından 373 kilometr aralıda yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 22 minə yaxın insan məcburi köçkün düşmüşdür. İşğaldan sonra şəhərin əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşdirilmişdir. Azərbaycanın rəsmi məlumatına görə, Şuşanın işğalı zamanı 195 nəfər həlak olmuş, 165 nəfər yaralanmışdır. Bundan başqa 55 nəfər əsir düşüb və ya ya girov götürülmüşdür.
Şuşa toponiminin etimologiyası ilə əlaqədar də müxtəlif fikirlər vardır.
1)Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisiTasit KorneliQafqaz ərazisində dondar türk tayfasına məxsusSosu(latın dilində "ş" səsi olmadığına görə Şoşu//Şuşa sözü Sosu şəklində verilmişdir-H.H) şəhərinin olması haqqında məlumat vermişdir (1)
2)Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa//Şüşə (Nə gözəl yerdir, lap şüşə kimidir) adlandırmışlar (1).
3)Bəzi mənbələrə görə, "Şuşa" sözünün Azərbaycan xalqının formalaşmasında iştirak etmiş qədim türk etnoslarından olanskiflərəməxsus olduğu ehtimal olunur (1).Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmış (assimilyasiya nəticəsində) və "Şuşa" sözü formalaşmışdır (1).
4)Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur (1).Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir.]Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər (1).
5)Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsiŞunun(e. ə. 344–334)Makedoniyalı İsgəndərləvuruşan səxsin tikdirdiyi "Şu" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur (1).
Bütün deyilənlərdən çıxan nəticə isə budur ki, Şuşa kimi tarixi bir şəhərin yaranmasını, yaşını gəncləşdirmək, XIX əsrlə bağlamaq, bizim fikrimizcə, doğru deyil və düşmən dəyirmanına su tökməkdir.
Şuşa qəzası
Şuşa şəhərinin özünəməxsus gerbi olmuş, 21 may 1843-cü ildə təsdiq olunmuşdur.Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsiXəzər vilayətiningerbindəki təsvirlərin eyni idi: 1-ci hissədəpələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu.Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verir (2). və bütün dünyada məşhur olan Qarabağ cins atlarının simvoludur.
XIX əsrin əvvəllərindən başlayaraq, Qarabağ xanlığı gizli, siyasi təzyiqlərə məruz qalmışdır. Azərbaycanın ən böyük xanlıqlarından biri olan Qarabağ xanlığı Kürəkçay müqaviləsindən (1805) sonra, əslində Rusiyaya ilhaq edilərək, 1822-ci ildə ləğv olunmuş və əyalətə çevrilmişdir. 1840-cı il inzibati-ərazi islahatı nəticəsində Qarabağ əyaləti mərkəzi Şuşa şəhəri olmaqla Şuşa qəzası adlandırılmış və Kaspi vilayətinin tərkibinə daxil edilmişdir. 1846-cı ildə Kaspi vilayəti ləğv edildikdən sonra Şuşa qəzası yeni yaradılan Şamaxı quberniyasının tərkibinə daxil edilmişdir. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası təşkil edildikdə Şuşa qəzası da onun tərkibinə qatılmış,1883-cü ildə Şuşa qəzasının ərazisində iki yeni qəza – Cavanşir və Cəbrayıl (Qaryagin) qəzaları yaradılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1919-cu ilin yanvarında Şuşa qəzasını da əhatə edən müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıldı. 1920-ci il aprelin 28-də Bakı işğal olunduqdan sonra, 11- ci Qırmızı ordunun hücumu ilə mayda Şuşa qəzasında da hakimiyyət bolşeviklərin əlinə keçdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqda Şuşa qəzasının bir hissəsi onun tərkibinə verilmişdir. Şuşa qəzası 1929-cu ildə rayonlaşma zamanı ləğv olunmuşdur.
2020-ci il əks –hücum əməliyyatları nəticəsində, noyabrın 8-də Şuşamızigid, əfsanəvi, dillərə dastan olan müzəffər ORDUMUZUN gücü və Ali Baş Komandanınmızın ağıllı siyasəti nəticəsində, İlahinin hökmü ilə işğaldan, düşmən nəfəsindən azad edilmişdir. Dünyanı təəccübləndirən Şuşa döyüşlərinin necə baş verdiyini dünya dövlətləri hələ də anlamaqda çətinlik çəkir və hərb tarixində qeyri-adi bir savaş adlandırırlar. Biz Şuşanı işğalda qoya bilməzdik. Buna haqqımız yox idi. Bu, artıq namus məsələsi, olum, ya ölüm məsələsi idi. Belə bir müqəddəs vəzifəni müzəffər ordumuz, igid oğullarımız dövlət və xalq birliyindən yaranan "Dəmir yumruq”la yerinə yetirdilər. Otuz iki ildən sonra Şuşa xalqa, xalq isə Şuşaya qovuşdu.
Prezident-Ali Baş Komandan Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirdi:"Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.
Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb:"Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirdi:
ƏZİZ ŞUŞA, SƏN AZADSAN! ƏZİZ ŞUŞA, BIZ QAYITMIŞIQ! ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK! ŞUŞA BİZİMDİR! QARABAĞ BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR!
ƏDƏBİYYAT:
1) Şuşa tarixi haqqında Şuşasız…Yazı". karabakhinfo.com.2017-07-06 tarixindəorijinalındanarxivləşdirilib.İstifadə tarixi:20 yanvar2022
2)Gerblər və Emblemlər(PDF). 2021-02-06 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:20 yanvar2022
3)Mirzə Adıgözəl bəy. Qarabağnamə (müqəddimə və Mirzə Adıgözəl bəyin tərcümeyi-halına aid materiallar. V.N.Leviatovundur).Bakı, 1950.
4)Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı, 1959.
5)Mahmudov Y., Kərimov Ş. Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı, 2005
6)Mahmudov Y.M., Mustafayev C.M. Şuşa-Pənahabad. Bakı, 2012
7)Hacıyev Q. Qarabağın maddi və mənəvi mədəniyyəti. Bakı, 2010
8)Hacıyev Q., Çingizoğlu Ə. Qarabağlı hərbçilər (Çar və AXC ordusunun zabitləri). Bakı, 2011
9)Məmmədov N. Azərbaycanın Şuşa qəzası (1900-1917-ci illər). Bakı, 2005.
10)Məmmədov N. Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi. Bakı, 2017
11)Hüseynov Y. Şuşa və şuşalılar. Bakı, 2016
12)Qarabağ. Yaddaş. Bakı, 2010