AZƏRBAYCAN TƏHSİLİ PANDEMİYA DÖVRÜNDƏ

AZƏRBAYCAN TƏHSİLİ PANDEMİYA DÖVRÜNDƏ


Prof.Həcər Emin qızı Hüseynova

ADPU, Azərbaycan dilçiliyi kafedrası

 

 


2019-cu ilin sonlarından dünyanı lərzəyə salan, minlərlə insanın həyatına son qoyan, dünya iqtisadiyyatına, elminə, mədəniyyətinə, idmanın, turizmin inkişafına əngəl törədən Covid-19 koronavirus xəstəliyindən insanlar əziyyət çəkir. Pandemiyanın acı nəticələrinə baxmayaraq, həyat davam edir. Hər bir vətəndaş dövlətin sərəncam və qərarlarına əməl etməli, həyat normalarını dəyişməli, dövlətin və xalqın gələcəyi naminə karantin qaydalarına əməl etməlidir.

İlk növbədə, pandemiya nədir? Son aylar hadisələrin sürətli axını insanları bu sualın cavabını tapmağa doğru istiqamətləndirdi. Məlum oldu ki, pandemiya tibbi termin olaraq bütün dünyada hər hansı bir virusun, xəstəliyin yayılması deməkdir. Pandemiya böyük ərazidə, məsələn bir neçə qitədə yayılıb, böyük sayda insanlara təsir edən epidemiyadır, epidemya prosesinin zirvəsidir.

Pandemiya dövründə dilimizin lüğət tərkibinə nə qədər yeni söz daxil oldu və ya passiv fondda olan bir çox sözlər aktivləşdi. Hər birimiz bu məsələ ilə bağlı məlumatlı olmaq, bir çarə tapmaq, ya da özümüzü və yaxınlarımızı qorumaq məqsədilə tarixən dünyada baş vermiş epidemiyalarla, pandemiyalarla maraqlanmağa başladıq.

Tarixən belə hadisələr olmuşdur: vəba, taun, qara ölüm, Marburq virusu, Kivatel sindromu, Peruasayağı meteorid xəstəliyi və digər bu kimi xəstəliklər mövcud olmuş, insan ağlı yenə də həmin xəstəliklərlə mübarizədə qalib gəlmişdir. Loğmanlar, təbiblər ağıllı məsləhətləri, tibbi bilikləri ilə insanlara yardım göstərmişlər.

Belə bir məqamda İbn Sinanın "qara ölüm” haqqında əsrlər öncə söylədiyi müdrik fikirlər yada düşür. O demişdir: "Mən düşünürəm ki, dünyadakı bütün xəstəliklər bizim görə bilmədiyimiz ən kiçik zərrəciklər (viruslar, bakteriyalar-H.H.) vasitəsilə yayılır. Bu xəstəliklər çoxdur. Məsələn, lixoradka (qızdırma,atəşlənmə), fars atəşi, qara ölüm və s. (müasir dövrdə buraya italyan qripi, ebola, spid və s. də daxil edilə bilər-H.H.). Qara ölüm (indiki korona virus kimi-H.H.) insandan insana keçir, insanların əllərinə, saçlarına, paltarlarına yapışır. Ona qalib gəlmək üçün bazarları, məscidləri müvəqqəti bağlamaq lazımdır. İbadətləri evlərdə yerinə yetirmək lazımdır. Pulu və başqa şeyləri sirkəli suda saxlamaq lazımdır ki, mikroblar məhv olsun. Xəstəyə qulluq edənlər ağızlarını bağlamalı, burunlarına sirkədə isladılmış pambıq qoymalıdırlar. Musiqiyə qulaq asmaq və şənlənmək xeyirlidir. Qara ölüm musiqi səsindən, şənlikdən qorxur” (https://www.google.com/ =ibn+ sina+qara).

Deyilənləri araşdırsaq, elə burada da böyük təbibin karantin elan edilməsi yolu ilə xəstəliyin qarşısının alına biləcəyindən söhbət etdiyi başa düşülür. Bəs karantin nədir? Lüğətdə karantin— xəstəliyə yoluxduğu şübhəli bilinəninsanlarınvə bütün canlılarınmüəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılması kimi izah edilir. İtalyan mənşəlidir sözdür. Karantin sözünün mənası "qırx” deməkdir. Etimologiyası belə izah edilir: XVI əsrdəVenesiya Respublikasınınəsas gəlir mənbəyidəniz ticarətiimiş, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələn adamların özləri ilə xəstəlik, virus gətirməməsi üçün Venesiya dövləti həmin gəmiləri 40 gün qəbul etmirmiş.

Pandemiya dövründə də cəmiyyətin inkişafı davam edir. Dolayısı ilə təhsilimiz, elmimiz, mədəniyyətimiz və digər bütün sahələr inkişaf etməlidir. Çünki həyat davam edir. Dünyanın bütün ölkələrində təhsilin virtual davam etdirilməsi məqsədilə elmi seminarlar, vebinarlar təşkil olunur.

Belə tədbirlərdən biri də YUNESKO-nun koronavirus pandemiyasının geniş yayıldığı dövrdə keçirdiyi "Covid-19 education response” vebinarı oldu.

Tədbir dünya ölkələri üçün həyati əhəmiyyətli dönəmdə təhlükəli vurusla mübarizənin ön cərgəsində dayanan və təhsilin davamlılığının təmin edilməsi missiyasını öz çiyinlərində daşıyan fədakar müəllimlərə həsr edilmişdi. Seminarda dünyanın bütün bölgələrindən olan iştirakçılar bir araya gətirildi, müəllimlərin peşəkar hazırlığı və təhsilə qayğının təmin olunmasından başlamış, internet zəif olan ərazilərdə, kənd yerlərində distant təhsil probleminə qədər bütün məsələlərdən bəhs edildi.

Bütün dünya üçün təhsilin dayandırılması, orta məktəblərin, ali məktəblərin bağlanması fors-major bir hal oldu. Müxtəlif ölkələrdə müxtəlif üsullardan istifadə edilərək yaranmış problemin həllinə çalışıldı. Uqandada müəllimlər operativ fəaliyyət göstərərək iyirmi dörd saat müddətində ev tapşırıqları hazırlayıb şagirdlərə göndərdilər. Hollandiyada tədris proqramı iki gün ərzində rəqəmsal formata keçirildi. Filippində isə Təhsil Departamenti planlaşdırılmış müddətdən əvvəl "DepEd Com-mons” platformasını işə saldı. Vebinarda qeyd olundu ki, bütün ölkələrdə peşə hazırlığının təmin edilməsi və müəllimlərin bu yeni təlim şəraitinə uyğunlaşmasına kömək etmək üçün resursların ayrılması istiqamətində işlər aparılmalıdır.

Vebinarda bildirildi ki, pandemiya dövründə bir çox müəllimin İKT bacarıqları tələb edilən səviyyədə deyildi. Bu məsələ beynəlxalq problem idi. Cənub-Qərbi Asiya və Afrikanın bir çox ölkələrində yaşayış məntəqələrinin yalnız iyirmi faizinin və ya daha az hissəsinin internet bağlantısı olmuşdur.Peruda müəllimlərin yalnız otuz beş faizinin kompüter və internetə çıxışının olduğu bildirildi. Buna görə də "Aprendo en casa” kimi onlayn platformaları təmin etmək məqsədilə televiziya və radio kanalları kimi aşağı texnologiyalı vasitələrdən istifadə edilməyə qərar verilmişdir.

Bəzi ölkələrdə müəllim və tələbələrin artıq tanış olduqları radio və televiziya platformaları vasitəsilə təhsilə çıxış əldə etməsinə imkan verən qoruyucu tədris proqramının hazırlanması üçün milli hökumət tərəfindən qruplar yaradıldı.

2030-cu il üçün müəllimlər üzrəBeynəlxalq Hədəf Qrupununhəmsədri xanım Gerd-Hanne Fosen vebinarın sonunda bildirmişdir ki, təhsildə əsas siyasət hələ də əhalinin ən marginallaşmış təbəqələrinə, texnologiyalara çıxışı olmayan və ya əlverişli ev mühitinə malik olmayan şəxslərə yönəldilməlidir. Hədəf qrupu bu çətin dövrdə müəllimləri müdafiə etmək üçün bütün hökumətlərə, təhsil sahəsində xidmət göstərən idarəedicilərə və maliyyə təşkilatlarınaçağırış edib, COVID-19-la mübarizə və sonrakı bərpa prosesində müəllimlərin oynadığı mühüm rolu etiraf edib, müvafiq tövsiyələrini çatdırıb.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiya dövründə təhsil, iqtisadiyyat, idman yarışları, digər fərdi və dövlət əhəmiyyətli tədbirlər iflic vəziyyətinə düşdü. Dövlət və xalq gözəgürünməz düşmənlə üz-üzə qaldı. Lakin dövlət rəhbərinin uzaqgörən siyasəti, gördüyü təşkilati tədbirlərin sürətlə həyata keçirilməsi nəticəsində yaranan boşluq dolduruldu. İlk tədbirlərdən biri xalqın taleyini, insanların sağlamlığını qorumaq üçün karantin rejiminə keçilməsi idi. Karantin elan edildikdən sonra isə sistemli şəkildə təhsil müəssisələrinin işinin bərpa edilməsi, dərslərin davamlılığının təmin edilməsi lazım gəlirdi. Bunun üçün onlayn təhsilə keçilməsi vacib məsələyə çevrildi. Onlayn təhsil üçün tələbələrə və şagirdlərə əlverişli şərait yaratmaq mühüm məsələlərdən biridir. Çünki əlverişsiz şərait bəzi tələbələrin təhsildən uzaqlaşması ilə nəticələnə bilərdi. Dövlətimiz bu işin də öhdəsindən lazımınca gəldi. Qısa bir müddət ərzində çətinliklərin aradan qaldırılması məqsədilə orta məktəb müəllimlərinə, bəzi ali məktəb tələbələrinə internet paket təqdim edildi. Yaranan problemlər dünyəvi problemlər olsa da, hər bir dövlət həmin məsələlərin həllinə xüsusi həssaslıqla yanaşaraq, onları milli mentalitet müstəvisində həll etməyə çalışdı. Prezident İlham Əliyevin sərəncamı ilə dövlət və özəl müəssisələrdə çalışan insanların maaşları tam ödənildi. Aztəminatlı ailələrə sosial yardım verildi. Mühüm məsələlərdən biri də yarımçıq qalmış təhsil müəssisələrinin işinin bərpa edilməsi məsələsi idi. Çarə onlayn dərslərin təşkil edilməsi oldu.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan abituriyentlər üçün teledərslər "Virtual məktəb” portalına əlavə olundu. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri”, kompleks məsələlərin həlli üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığının inkişafına xidmət edən dərslər abituriyentlərə imtahanlara yaxşı hazırlaşmağa imkan verdi.

Canlı olaraq dərsləri izləyə bilməyən və yaxud mövzunu təkrar etmək istəyən X-XI sinif şagirdləri "Virtual məktəb”də dərsləri yenidən izləmək imkanı əldə edirlər. Bunun üçün "Teams >General” bölməsində müvafiq olaraq "Abituriyentlər” altbölməsi yaradılmışdır.

Qeyd edək ki, hər gün təhsil imkanları genişləndirilən "Virtual məktəb”ə yerli və beynəlxalq səviyyəli yeni interaktiv alətlər, tədris məzmunlu resurslar əlavə olunur. Portalda video və audio dərslər keçirilir, teledərslər izlənilir. Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadə edilir. Yaradılmış xüsusi qruplarda məktəb rəhbərliyi və müəllimlərlə birgə pedaqoji şuralar, metodiki şuralar, valideynlərlə görüşlər keçirilir, şagirdlər tərəfindən həftəlik tapşırıqlar həll edilir, müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar təşkil edilir.

"Həkimlər bədənimizin, müəllimlər ruhumuzun qoruyucu mələkləri” olduğundan onların hər ikisinin işi eyni dərəcədə əhəmiyyətli, məsuliyyətli və şərəflidir. İlahi bir missiyanın daşıyıcıları olan müəllimlər zaman-zaman öz üzərlərinə düşən məsuliyyəti ləyaqət və şərəflə yerinə yetirmişlər. İlk dünyəvi məktəb, ilk dərslik, ilk teatr, ilk mətbuat, ilk xeyriyyə cəmiyyətlərinin yaradılması, mətbuatda milli azadlıq və istiqlaliyyət toxumlarının səpilməsi, milli ideologiyanın formalaşdırılması, ilk milli dövlətin qurulması onların fədakar əməyinin məhsulu olmuşdur. Müəllimlər millətin ruhunun həkimləridir. Böyük Azərbaycan maarifçisi Abbas Səhhət müəllimlik etməsinin səbəbini belə açıqlayırdı ki, mən müəllimlik etməklə, öz xalqımın ən böyük xəstəliyini, savadsızlığını müalicə edirəm.

Müəllim şagirdini həyat üçün elə hazırlamalıdır ki, onun öyrətdikləri istənilən situasiyada gənclərin sosial mühitdə düzgün qərar qəbul edə bilmələrinə yardım etsin. Valideynlər insanı-övladı göydən yerə endirir, yoxdan var edir, müəllimlər isə ona ruh verir, mənəviyyat verərək yerdən göyə qaldırırlar.

Müəllimlik olduqca şərəfli peşədir. Ulu Öndər Heydər Əliyev: "Məndünyadamüəllimdənyüksəkadtanımıram. Bizimhərbirimizelmidərəcəmiz-

dən,biliyimizdən,təhsilsəviyyəmizdənasılıolmayaraq,bütünnailiyyətlərimizə

görəməktəbə,müəlliməborcluyuq”-demişdir.

Görkəmli Azərbaycan maarifçisi S.M.Qənizadə müəllimliyi dünyanın ən şərəfli peşələrindən biri və birincisi hesab edərək yazmışdır: "Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz yaşaya bilməz”.

Təhsil hər bir dövlətin strukturunun da əsas komponenti-dayağıdır-desək yanılmarıq. Buna görə də koronovirus pandemiyası dövründə ölkəmizin təhsil sistemində yaranan gözlənilməz situasiya Təhsil Nazirliyi tərəfindən ilk gündən düzgün dəyərləndirildi, təhsilin fasiləsizliyini təmin etmək məqsədilə tədrisin təşkilinin alternativ formalarından istifadəyə qərar verildi. Dərslər "Zoom”, "Microsoft Teams”, "Skype” proqramından, e-poçt xidmətindən və digər vasitələrdən istifadə edilməklə təşkil olundu. Müəllimlərin böyük əksəriyyəti qısa bir zaman kəsiyində öz fəaliyyətlərini onlayn rejimdə təşkil etməyə nail oldular. "Tele dərs” və "Virtul məktəb”, "Dərsdən sonra” layihələri Azərbaycanda təhsilin təşkilində yenilik olaraq dəyərləndirilə bilər. Az bir müddətdə yaranan tədris resursları təhsilin səmərəliliyini artırdı. Azərbaycanın bütün tədris müəssisələrində tələbələrin əksəriyyətinin onlayn dərslərə qoşulması təmin edildi.

Həyatınımüəllimliyəhəsredəninsanlar,həqiqətən,fədakar,xalqına,millətinəsədaqətlivəeynizamandaqəhrəmanlıqgöstərəninsanlardır.Pandemiya dövründə böyük ürək sahibi olan müəllimlərimiz yalnız dərs keçməklə kifayətlənmədilər. İmkanları daxilində ehtiyacı olan insanlara, aztəminatlı ailələrə qayğı göstərdilər. Karantin günlərində doğma rayonuna gedə bilməyib Bakıda qalan tələbələrə yardım əllərini uzatdılar, məsləhət verdilər, maddi və mənəvi dəstək oldular. Klassik müəllimlərimiz kimi pandemiya dövründə də müəllimlər hər evə, hər kəndə, hər şəhərə işıq oldular. Valideynlər tərəfindən alqışlandılar. Dövlətin sosial qayğısı hər yerdə hiss olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyun ayının 18-də imzaladığı sərəncam cəmiyyətimizdə sosial müdafiənin təminatına yönəldilmiş sənəddir. Bu sahədə Prezidentin qəbul etdiyi sərəncamları Azərbaycanda yeni iqtisadi islahatların növbəti mərhələsinin başlanğıcı adlandırmaq olar: "Həyata keçirilən kompleks tədbirlər cəmiyyətimizin əhəmiyyətli dərəcədə çoxluq təşkil edən hissəsi üçün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasətin davamı kimi qəbul edilir. Prezident İlham Əliyev dəfələrlə 2019-cu ili "Sosial müdafiə ili” adlandırılmışdır. Dövlət başçısının son 6 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır” (prof.M.Hüseynova. Professor Mahirə Hüseynova: Sosial məsuliyyət yaradan sosial qayğı.05.09.2019).

Təhsilhərbirdövlətin,ölkənin,cəmiyyətinhəyatının,fəaliyyətininmühümbirsahəsidir.Cəmiyyəttəhsilsizinkişafedəbilməz.Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti də bunun bariz nümunəsidir. Heydər Əliyev Fondunun ölkəmizin təhsil sisteminin əsas hamilərindən biri kimi ölkəmizdə tanınması fikirlərimizin təsdiqi üçün kifayətdir.

Ölkəmizdə təhsilin inkişafı istiqamətində aparılan islahatlar, qəbul edilmiş dövlət proqramları, sərəncamlartəhsilin daima ölkə Prezidentinin diqqət mərkəzində olduğunu söyləməyə əsas verir.

Dövlət başçısının dövlət qulluqçularına, hərbi qulluqçulara, hüquq-mühafizə orqanı əməkdaşlarına və digər xüsusi rütbəli şəxslərə, müəllimlərə, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərə qayğısı hər zaman ön plandadır və Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşımasının əyani göstəricisidir.

Hər birimiz bir Azərbaycan vətəndaşı olaraq ümid edirik ki, dünyanı vahiməyə salan virusla mübarizədə Azərbaycan da öz sözünü deyəcək. Ölkəmizdə bütün sahələrin fəaliyyəti tezliklə bərpa ediləcək. Bütün Azərbaycan vətəndaşları Dövlət başçısının ətrafında sıx birləşərək, verilən sərəncamlara layiqincə əməl edərək problemin tezliklə həll olunmasına çalışacaq, xalqın və ölkənin xoşbəxt gələcəyini təmin edəcəklər.

 

 




[email protected]