İsa İsmayılov
ADPU-nun fizikanın tədrisi texnologiyası
kafedrasının professoru
Bütün dünyada böhranlı bir şərait yaratmış pandemiya həyatın bütün sahələrini sarsıtdı. Hər bir ölkə bu vəziyyətə daha az itkilərlə çıxmaq üçün xüsusi qabaqlayıcı tədbirlər planı hazırlayaraq təcili həyata keçirməyə çalışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəfələrlə vurğulandı və beynəlxalq aləmdə etiraf edildi ki, Azərbaycan Respublikası pandemiya dövründə ən uğurlu strategiya seçən ölkələrdən biridir.
Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında, qabaqlayıcı və çevik qərarların qəbul edilməsi, ölkədə pandemiyanın geniş yayılmasına imkan vermədi. Bütün ölkə əhalisi vaxtında atılmış bu addımları böyük rəğbətlə qarşıladı.
Qeyd etdiyimiz kimi pandemiya bütün sahələrdə olduğu kimi dünya təhsil sisteminə də təsirsiz qalmadı. Belə ki, insanlar təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət çəkəcəyi və tezliklə əvvəlki kimi fəaliyyətini davam etdirəcəyini gözləyirdi. Lakin pandemiyanın bütün dünyada tüğyan etməsi, kütləvi itkilərlə müşayiət edilməsi və hələ bu prosesin uzun müddət davam edəcəyi aydın hiss olunandan sonra, təhsil sistemlərində təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görülməyə başlandı.
2020-ci ilin martın 2-dən dövlət başçısının tapşırığına uyğun olaraq tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar tədbirlərin təxirə salınması barədə qərar qəbul edildi. Qərara uyğun olaraq, martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi tədris ilinin sonunadək dayandırıldı. Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə respublikanın Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni tədbirlərin reallaşdırılmasına başlandı. İlk növbədə ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlər başlandı.
Bu təsadüfi deyildi. Belə ki, şəhər və rayon mərkəzlərindən fərqli olaraq ucqar kəndlərdə şagirdlərin fasiləsiz və sürətli internet bağlantısı ilə təmin edilməsi sahəsində müəyyən çətinliklər ola bilərdi. Məhz bu ehtimalı azaltmaq və imkan daxilində aradan qaldırmaq məqsədilə Dövlət televiziyasının seçilməsi təsadüfi deyildi. Dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının "Mədəniyyət” və "ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Beləliklə, təhsilin əhatəliyi və əlçatanlığı təmin olunmaqla ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olundu. Dərslər ümumi təhsil məktəblərinin fənn proqramlarına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edirdi. Nümayiş etdirilən bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.azelektron portalında və rəsmi "Facebook”səhifəsində, "Youtube” kanalında da yerləşdirilirdi ki, bu da şagirdlərə həmin dərsləri təkrar dinləmək imkanları yaradırdı.Müəyyən səbəbdən dərsi dinləyə bilməyən şagird istədiyi vaxt və istədiyi qədər (başa düşənə qədər) bu dərsləri dinləyə bilirdi.
Bu işlərin məntiqi davamı kimi növbəti addım, aprelin 2-dən Təhsil Nazirliyində "Virtual məktəb” layihəsinə start verildi. Beləliklə, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək idi. Məktəblərdə aparılan təşkilatı işlər hesabına "Virtual məktəb” portalında əsasən bütün şagirdlər qeydiyyatdan keçməklə, müvafiq siniflərə təyin edildilər. Portal vasitəsilə şagirdlər teledərslərdə tədris olunan mövzulara uyğun hazırlanmış tapşırıqları yerinə yetirir və əlavə tədris resurslarından faydalana bilirdilər. "Virtual məktəb” layihəsi müəllim və şagirdlər arasında interaktiv ünsiyyətin formalaşmasına şərait yaratmaqla şagirdlərə daha geniş məzmunun çatdırılmasına imkan yaratdı. Bu prosesdə İnternetdə yerləşdirilmiş audio və video dərslər, tədris yönümlü animasiyalar xüsusi əhəmiyyət kəsb edirdi. Müxtəlif rəsmi mənbələrin göstərdiyinə görə bu müddətdə On-layn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyondan artıq olmuşdur.
Qeyd etmək lazımdır ki, ümumtəhsil sistemi ilə yanaşı peşə təhsili, ortaixtisas və ali təhsil müəsisələri də bu işlərdən kənarda qala bilməzdi. Mən ali məktəbdə çalışdığım üçün, bu sistemdə baş verən proseslərə diqqəti cəlb etməyə çalışacağam.
Ali təhsil sistemində təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə martın əvvəllərindən Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkilinə başlandı. Həmin dərslərə minlərlə tələbə və professor-müəllim heyəti qoşuldu.
Ali təhsil müəssisələrində ilk günlər "Vatsab” və "ZOOM” platformasında dərslər keçilsə də qısa bir müddətdə Təhsil Nazirliyinin təqdim etdiyi "MS Teams” platformasından istifadə etməklə dərslərin keçirilməsi qərara alındı. Bununla yanaşı, tədris prosesinin məsafədən təşkili zamanı ali təhsil müəssisələrinin özlərinin daxili imkanlarından və İnternet resurslarından geniş istifadəyə daha çox önəm verildi. "MS Teams” platformasında tədris olunan "On-line” dərslərdə müəyyən səbəblərdən iştirak edə bilməyən tələbələrin mühazirə və seminarların videoyazısını sonra dəfələrlə təkrar izləmək imkanları var idı. Qeyd edilən platformada dərslər məsafədən təşkil edilməklə yanaşı, həm də tələbələr üçün zəruri olan mühazirələr, müəllimlərin sillabusları, təqdimatları, sərbəst işlərin mövzuları, kollokvum sualları, imtahan sualları və digər tədris materiallarını ( tapşırıqlar şəklində test və digər tapşırıq nümunələri) həmin sistemdə yerləşdirməyə imkan verirdi. Mən öz iş təcrübəmdə bu imkanlardan istifadə etdim. "MS Teams” platformasında bunlardan istifadə çox rahat və əlverişlidir.
Koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi məqsədilə Dövlət tədbirlərindən təqdirəlayiq olanlardan biri də Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 13 aprel 2020-ci il tarixli qərarın vaxtında imzalanması idi. Qərar ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan 22 mindən artıq tələbəni əhatə etmişdi.
Pandemiya həkim və müəllim peşəsinin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etdi. İndiyə qədər müxtəlif illərdə belə fikirlər səslənirdi ki, texnologiyanın müasir inkişaf dövründə müəllimə ehtiyac azalacaq, necə ki, 1970-75-ci illərdə təhsil sistemində "Təlimin texniki vasitələri və proqramlaşdırılmış təlim” ideyaları tüğyan etdiyi bir vaxtda da bu fikir çox aktual idi. Bir sıra alimlər düşünürdülər ki, yaxın gələcəkdə müəllimi texniki vasitələr əvəz edəcək. Göründüyü kimi dünyanın heç bir ölkəsində bu hal baş vermədi, nə də heş vaxt baş verməyəcək. Çünkü canlı insanı konkret "müəllimi”n emosiyalarını, pedaqoji, psixoloji yanaşmalarını hec bir maşın, robot yerinə yetirə bilməz. Texnika, bu gün olduğu kimi müəllimin işini yüngülləşdirən, zənginləşdirən ən yaxşı vasitədir. Doğrudur, təhsilalanlar bu texnologiyadan, xüsusən də İnternetdən istifadə edərək sərbəst öyrənmə imkanlarından yararlana bilərlər və bilməlidirlər. Lakin belə hadisələr bir daha sübut edir ki, müəllimlik doğrudan da alternativi olmayan peşədir.
Pandemiya dövründə bir sıra peşə sahibləri fədakarlıq göstərdilər. Bunlardan: insanların sağlamlığını təmin edən həkimlər (Ağ xalatlı mələklər Sizin qaşınızda baş əyib Sizə eşq olsun deyirik) və onlarla yanaşı, təhsilin fasiləsizliyini təmin edən müəllimlər və bir sıra müxtəlif peşə sahibləri (polislər, daxili qoşun əsgərləri, KİV işçiləri, ticarət müəssisələrində çalışanlar, sürücülər və s.) oldu. Müəllimlər ən müasir elektron sistemlərdən, platformalardan, texnologiyalardan istifadə edərək On-layn dərslər təşkil etdilər, proqram materiallarının mənimsənilməsinə var gücü ilə çalışdılar, şagirdləri ilə yaxın ünsiyyətdə tədris ilinin uğurla başa çatdırılmasına nail oldular. Bu da onların vətənə, xalqına, peşələrinə olan hədsiz məhəbətinin tərənnümü idi.
Qeyd etmək lazımdır ki, pandemiya şəraiti təhsilverənlərin və həm də təhsilalanların mükəmməl rəqəmsal bacarıqlara malik olmaları zərurətini önə gətirdi. Belə səriştəyə malik olmayan müəllim (təhsil pilləsindən asılı olmayaraq) öz imkanlarının məhdudluğunu hiss etdi. Onlar təhsil sistemindəki fəaliyyətlərində ciddi maneələr yaranacağını və vaxtında bu çatışmazlığı aradan qaldırmasalar, sistemdə fəal çalışmağın qeyri mümkünlüyünün labüd olduğunu dərk etməlidirlər.
Pandemiya dövründə ali təhsil müəssisələrində təhsil distant formada həyata keçirildi. Əslində distant təlimin elmenrlərindən istifadə edilirdi. Ali məktəblərin bəzilərində distant təhsi-lin elementlərindən qismən istifadə edilirdisə, pandemiya şəraitində Respublika Təhsil Nazirliyinin dəstəyi ilə 21 ali təhsil müəssisəsi distant təhsilə keçdi. Daha doğrusu bu təhsil formasının elementlərindən istifadə etməyə başlandı. Bu hal ali təhsil müəssisələrində kütləvi formada olmasa da (çünki, kafedralarda çalışan bəzi alim və pedaqoqlar kompüter texnologiyasını qəbul etmək istəmirdilər), əsasən işlər kafi səviyyədə də olsa yerinə yetirilirdi. Bu problemin həllində tələbələr bir çox hallarda bəzi müəllimlərdən daha fəal və çevik idilər. Hazırda ölkədə müxtəlif onlayn platformalar vasitəsilə 95 minə qədər tələbə distant təhsil formasından yararlanır.
Təhsildə qloballaşma prosesi artıq uzun müddətdir ki, davam edir. Bu prosesin inkişafı İKT-nin təhsil sisteminə geniş nüfuzu hesabına mümkün olmaqla, son həddə təhsilinfasiləsiz modernləşməsinin təminatı ilə nəticələnməlidir. Bu məqsədə nail olmaq üçün İKT bazasında təhsil innovasiyalarından geniş istifadə etməklə, cəmiyyətin, təhsilin və təlimin informatlaşdırılması təmin edilməlidir. Hesab edirəm ki, bu anlayışlara qısaca aydınlıq gətirmək yerinə düşərdi.
Beləki, cəmiyyətin informatlaşdırılmasının əsas məğzində duran problem texniki təminatla yanaşı "bağça yaşlı uşaqlardan ən yaşlı (80-90) insanlara” qədər rəqəmsal texnologiyadan yüksək səviyyədə, bacarıqla istifadə etmələrinənail olmağı təmin etməkdir.
Təhsilin informatlaşdırılmasında da əsas yerdə texniki təminat olmaqla, təhsil sistemində fəaliyyət göstərən ən yüksək səviyyəli infrastrukturdan bura daxil olan müəssisələrin texniki işçilərinə qədər rəqəmsal texnologiya ilə işləmək və idarə etməyi təmin edən bacarıqların formalaşdırılmasının təmin edilməsi dayanır.
Təlimin informatlaşmasında isə hər bir müəllimin tədris etdiyi fənn üzrə İKT səriştəsinə malik olmasının təmin edilməsi dayanır. Qeyd etmək istərdim ki, bu məsələ ilə əlaqədar ilk dəfə 2005-ci ildən respublikanın bütün ali pedaqoji universitetlərindən fərqli olaraq ADPU-nun fizika fakültəsində hazırlanan gənc fizika müəllimlərinə " Fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə” fənni tədris planına seçmə fənn kimi daxil edilmişdir. Bu fənnin tədris proqramına YİT(İKT)-in nəzəri və praktik məsələləri, o cümlədən distant təhsil texnologiyası da daxil edilmişdir. Bu gün də universitetin fizika fakültəsinin tələbələri bu fənn üzrə yüksək səviyyəli mühazirələr dinləyir, nəzərdə tutulan laboratoriya işlərini yerinə yetirirlər. Ona görə də, məktəbdə çalışan gənc fizika müəllimləri tədris etdikləri fənnin müasir texnologiyalar əsasında öyrədilməsində heç bir çətinlik çəkmirlər.
Bu gün pandemiya şəratində yeganə çıxış yolu informasiya kommunikasiya texnologiyalarına (İKT) yaxşı yiyələnmək, heç olmazsa distant təlim texnologiyasının bir çox elementlərindən bacarıqla istifadə etməklə tədris prosesini əvvəlki kimi həyata keçirməyə çalışmaq lazımdır. Heç təsadüfü deyil ki, mütəxəssislər haqlı olaraq distant təhsili XXI əsrin təhsil innovasiyası hesab edirlər.
Pandemiya XXI əsr təhsilinin özəlliklərini qabartmaqla, həm də distant təhsili zərurətə çevirdi. Bir çox ölkələr artıq distant təhsilin tətbiqi üzrə kifayət qədər təcrübəyə malikdirlər.
Məsələn, Böyük Britaniyada "Açıq Universitet” (Open University) dərslərini distant şəkildə təşkil edir. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderlik edir. Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir. Bundan başqa, Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir. Distant təhsil sahəsində tanınmış universitetlər içərisində ABŞ-ın Pensilvaniya Universitetini də göstərmək olar. Bu universitetin təcrübəsi UNESCO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilmişdir. Türkiyənin isə Anadolu Universitetində 1982-ci ildən məsafədən təhsil sistemi tətbiq olunur. Sual olunur bəs bizim respublikamızda vəziyyət necədir? Bu məsələni araşdırarkən problemlə çox yaxından tanış olan və onu tədqiq edən təhsil eksperti İlham Əhmədovun ”xeberlər.az” (29-03-2020 / 11:52) internetdə yerləşdirilmiş "Distant Təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərir” başlığı altında verilmiş müsahibəsində ifadə etdiy irad və təkliflər xüsusi maraq doğurur. O, qeyd edirdi: Respublikanın Təhsil Nazirliyi 2009-cu ilə qədər deyirdi ki, yeni "Təhsil Qanunu” qəbul ediləndən sonra biz də distant təhsili inkişaf etdirəcəyik. Bunun üstündən təxminən 10-ildən çox vaxt keçsə də pandemiya böhranına qədər heç nə edilməmiş səviyyəsində idi. Məncə bu fikir respublikada problemin vəziyyəti haqqında kifayət qədər məlumat verir.
Bütün bunlara baxmayaraq respublikanın bəzi universitetləri öz daxili imkanları hesabına distant təhsillə əlaqədar müəyyən səviyyədə işlər görmüşlər. Bunlara misal olaraq: ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bu sahədəki işlərini göstərmək olar. Son günlərdə pandamiya şəraitində Respublikanın bütün universitetlərində olduğu kimi ADPU-da ciddi işlər görüldü, təlim-tədris prosesinin məsafədən təşkili əsasən təmin edilirdi. Son vaxtlarda rekor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə, Elm və innnovasiyalar üzrə prorektor professor Asəf Zamanovun yüksək təşkilatçılığı və bacarığı hesabına universitet magistrantlarının respublika konfransı və magistrantların dissertasiya müdafə şuralarının On-layn formasında işləri təşkil olunaraq müvəffəqiyyətlə başa çatdı. Bu prosesdə bakalavriatların da imtahanları təşkil olunaraq yğurla başa çatdı.
Hal –hazırda respublika mətbuatında çox geniş işıqlandırılan "Distant təhsil” texnologiyası ilə əlaqədar gedən müxtəlif yazıları nəzərə alıb bu təhsil texnologiyası ilə əlaqədar bəzi suallara qısaca aydınlıq gətirmək qərarına gəldik.
Beləliklə, distant təhsil nədir (mahiyyəti və məzmunu)? Nə kimi səciyyəvi xüsusiyyətlərə malikdir? Hansı forma və texnologiyalara malik olmalıdır?
I. Distanttəhsilin mahiyyətvə məzmunu. Distant təhsilin (DT) əsas məqsədi mərkəzdə və regionlarda əhalinin müxtəlif təbəqələrinə bərabər təhsil alma imkanları yaratmaq, qabaqcıl universitetlərin elmi-pedaqoji potensialından səmərəli istifadə etməklə təhsilin keyfiyyətini yüksəltməkdir. DT həm baza, həm də əsas fəaliyyəti ilə paralel əlavə təhsil almağa imkan yaradır. Nəticə etibarı ilə DT cəmiyyətdə təhsil mühitinin yeniləşməsini, vətəndaşların təhsil ehtiyaclarının və təhsil hüquqlarının bərqərar olmasını təmin edir. Digər tərəfdən DT həm də gələcək müəllimləri yeni informasiya mühiti, yeni təlim texnologiyaları ilə bilavasitə təlim prosesində tanış etmək, bu texnologiya vasitəsi ilə onlara pedaqoji bilikləri daha səmərəli üsullarla mənimsətmək, şəxsi təcrübələrində bu texnologiyanı sınaqdan çıxarmaq, gələcəkdə öz pedaqoji fəaliyyətlərində bu texnologiyadan sistemli istifadəyə hazırlamağa şərait yaradır.
DT müəllim hazırlığı texnologiyası kimi, təhsilin keyfiyyətini müasir İKT vasitələrinin intensiv tətbiqi ilə daha da yüksəldir. Bu təlim texnologiyası təbii olaraq fasiləsiz müəllim hazırlığının mövcud sistemlərinə inteqrasiya edir, onları təkmilləşdirir, ümumiyyətlə fasiləsiz təhsil prosesini bütövlükdə inkişaf etdirir. Beynəlxalq səviyyədə belə bir fikir formalaşıb ki, DT qloballaşan dünyada XXI əsrin ən perspektivli təhsil texnologiyasıdır.
Təlim prosesinin başlıca komponentləri: müəllim, tədris materialı, öyrənənlərdənibarətdir. İstənilən təlim texnologiyalarının ayrılmaz komponentləri, məzmunlu tədris məlumatları və maddi informativ vasitələrdir. Bu texnoloji komponentlərin mövcudluğu, təlim prosesinin üç komponentinin birgə kompleks fəaliyyətini təşkil edir.
Təlimin prosessual aspekti iki formada həyata keçirilir. Bunlardan birincisi Aristoteldən bugünə qədər mövcud olanəyani və ilk dəfə təxminən 140il bundan əvvəlBerlində C.Tusenvə Q. Lanqenşteyn tərəfindən yaradılmış,istehsalatdan ayrılmadantəhsilin davametdirilməsi formasıolan qiyabi təhsildən ibarətdir. Bu təhsil forması keçmiş Sovet məkanında yalnız 1927-ciildən tətbiq edilməyə başlandı.
Bizim üçün yeni olan «distant təhsil» anlayışı, daha doğrusu bu təhsil növü bir çox qabaqcıl xarici ölkələrin təhsil sistemində təxminən 1985-ci ildən geniş yayılmışdır. Həmin ildən etibarən əyani və qiyabi təhsilin inkişaf etdirilməsi ilə əlaqədar olaraq distant təhsilin vahid sistemini əks etdirən Federal proqram fəaliyyətə başladı. Amerika alimi Kerol Tviq distant təhsilin get-gedə məhşurlaşmasının səbəbini ABŞ universitetlərində təhsil alanların cəmi 43 %-nin 25 yaşdan aşağı olması və qalan tələbələrin ev, ailə, iş qayğıları ilə yükləndiklərində görürdü. YUNESKO-nun proqnozlarına görə XXI əsrdə orta məktəb şagirdləri tədrisə ayrılan vaxtın yalnız 30-40%-ni məktəbdə keçirəcək, 40 %-i distant təhsilə, qalan vaxtı isə müstəqil təhsilə ayıracaqlar. Buradan universitetlərdə, məktəbdə, yenidən hazırlama və ixtisasartırma kurslarında distant təhsilə artan marağı aydın başa düşmək olar. Respublikamızda da mövcud olan qiyabi təhsil forması tələbələrin yazılı referatlarına, kurs və yoxlama işlərinə yaz və qış sessiyalarında pedaqoqlar ilə qısa görüşlər, sonda isə məqbul və ya imtahanların verilməsi ilə həyata keçirilir.
Xarici ölkələrdə qiyabi təhsildə televiziya və radiodan geniş istifadə edilirdi. Məsələn 1980-89-cu illərdə London "Açıq Universiteti”ndə 80 min tələbə televiziya vasitəsilə qiyabi təhsil almışdı. Bunun üçün 1500-dən artıq televiziya verilişi hazırlanmışdı. Qeyd etmək lazımdır ki, bu təcrübədən respublikamızda da istifadə edilirdi, lakin sonralar qazanılmış təcrübə geniş yayılmadı, əksinə demək olar ki, unuduldu.
Müxtəlif ölkələrin təhsil müəssisələrində son zamanlar kompüter telekommunikasiya texnologiyalarından istifadəyə daha çox üstünlük verilir. Bu təhsil, yuxarıda qeyd etdiyimiz qiyabi təhsildən fərqli olaraq məsafədən təhsil, yəni distanttəhsil adlandırıldı.
Distant təlim – qiyabi təhsildən,öz-özünə təhsil vətəlimdən, ixtisasartırma formalarındanmahiyyət vəquruluşca fərqlənən,müstəqil həyata keçirilənümuməlverişli «açıq»təlimdir.
Distant təhsil, didaktik metod və prinsiplər kompleksinə əsaslanan ənənəvi təlimlə müqayisədə tamamilə fərqlidir.Lakin müəllimin öyrənənlərdən uzaq məsafədə yerləşməsi ən mükəmməl distant təhsildə belə bir sıra problemlər meydana çıxaracaqdır. Məhz buna görə də, ənənəvi təhsil forması ona bərabər imkanlı alternativ distant təhsilə nəzərən həmişə müəyyən üstünlüklərə malik olacaqdır. Buna baxmayaraq, elə təhsil sferası vardır ki, burada müasir telekommunikasiya texnologiyasının təlim prosesinə daxil olması, öyrənənlərə veriləcək tədris informasiyasını və təhsil resurslarını əhəmiyyətli dərəcədə əyaniləşdirərək genişləndirir, dərinləşdirir, daha doğrusu, materialın mahiyyət və məzmununu aydınlaşdırır. Bu da ənənəvi təlimlə müqayisədə aşkar üstünlüklərə malik olur.
Hər hansı bir təlim sistemində olduğu kimi, distant təhsildə də sosial tələblərə cavab verən məqsəd, məzmun, konkret təhsil müəssisəsinin fəaliyyətdə olan proqramlarından istifadə qaydası, təlim vasitələri və metodları təyin olunmuşdur.
Bir tərəfdən, distant təhsilə ümumi təhsil sistemi daxilində olan təhsil kimi yanaşmaq, digər tərəfdən isə bu təhsilin sistem və proses kimi fərqini də başa düşmək lazımdır. Başqa sözlə desək, distant təhsilin pedaqoji layihə mərhələsi nəzərdə tutulmalı, məzmun və pedaqoji tərkibi (pedaqoji texnologiyalar,təlimin metodvə üsulları) öyrənilməlidir.
Distant təhsil almaq arzusunda olan şəxslər müvafiq normativ sənədləri toplayaraq, istədiyi universitetə göndərir, orada ekspertdən keçdikdən sonra ödənişli əsaslarla təhsilə başlayırlar.
Butəhsil formasının qiyabi təhsildən başlıca fərqi tədris materiallarının təlim alan hər bir şəxsə interaktiv şəkildə çatdırılmasındadır.Distant təhsilin bir əlaməti də onun sərhəd tanımamasıdır.
II. Distant təhsilin ümumi səçiyəsi xüsusiyətləri və texnologiyalar. Distant təhsilin ümumi səciyyəsi – telekommunikasiya sistemi və müasir informasiya texnologiyalarının köməyi ilə təhsil müəssisəsinə getmədən təhsil almaqdan ibarətdir.
Distant təhsilin səciyyəvi xüsusiyyətləri. DT-nin mövcud xüsusiyyətlərinə çeviklik, modulluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir.
- Çeviklik:öyrənən mühazirə və seminarlarda müntəzəm iştirak etmir, əlverişli məkan və zaman daxilində mənimsəmə qabiliyyətinə uyğun ahənglə tədris materialını öyrənir, fərdi qaydada kursu tam mənimsəmək üçün lazımi qədər çalışır.
- Modulluq: hər bir kurs ayrılıqda müəyyən fənn sahəsində tam təsəvvür yaradır. Bu, imkan verir ki, fərdi və ya qrup tələbatlarını nəzərə alaraq, müstəqil modul kurslardan fərdi tədris proqramı yaradılsın.
- İqtisadi səmərəlilik:beynəxalq təcrübə göstərir ki, DT ənənəvi təhsil formalarından xeyli ucuzdur.
- Müəllimin yeni rolu: müəllim əsasən idrak prosesinin əlaqələndiricisi, tədris kusunun təkmilləşdiricisi, fərdi tədris planının tərtibində məsləhətçi, tədris layihələrinə rəhbərlik kimi funksiyaları icra edir. Müxtəlif məkan və zaman daxilində müəllim-tələbə ünsiyyəti müasir İKT vasitəsilə həyata keçirilir. Bu, rabitənin səmərəliliyinə, operativliyinə, göndərilmiş informasiyanı əlverişli vaxtda qəbul etməyə, öyrənməyə imkan yaradır.
- Keyfiyyətə xüsusi nəzarət: pedaqoji təhsil standartlarına uyğunluq daim diqqət mərkəzində saxlanılır. Keyfiyyətə nəzarət forması olaraq, distant və canlı (bilavasitə) imtahanlar, sorğu, müsahibə, praktik kurs və layihə işləri, eksternat, intellektual kompüter-test sistemindən istifadə olunur.
- Xüsusiləşdirilmiş texnologiya və vasitələrdən istifadə: DT texnologiyası tələbənin müstəqil surətdə müəyyən informasiya blokunu mənimsəməsi və bu prosesə nəzarətə imkan verən metod, forma və vasitələr külliyatıdır. Öyrədici texnologiya konkret informativ məzmun bazasında qurulur, o, informasiyanın optimal təqdimatı tələblərinə uyğun olmalıdır. DT-də mənimsənilməsi nəzərdə tutulan biliklərin məzmunu təhsil standartlarına uyğun olan xüsusiləşdirilmiş kurs və modullarda, bilik və verilənlər bankında, video-təsvirlər və elektron kitabxanada və s. mənbələrdə əks olunur.
DT-nin əsas texnologiyaları aşağıdakılardır:
- Keys texnologiyası. Tədris-metodiki materiallar ciddi sistemləşdirilir, xüsusi «keys» formasında kompleksləşdirilir, müstəqil mənimsənilməsi üçün öyrənənə göndərilir. Öyrənənlə məsləhətçi-müəllim,tyutor arasında müntəzəm məsələhətləşmə aparılır.
- TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
- Şəbəkə texnologiyası. Öyrənənləri tədris metodik materiallarla təmin etmək, öyrənən və öyrədən arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir.
DT-də öyrənənlərə informasiyalar aşağıdakı formalarda təqdim edilə bilər:
- çapmaterialları;
- elektronmateriallar (kompütertəhsil mühiti,elektron dərslikvə s.)
- audio-videoməhsullar;
- televerilişlər.
Bu tədrisinformasiyaları aşağıdakıdaşıyıcılarda olabilər:
- kitablar;
- disklərvə disketlər;
- audio-videokasetlər.
DT-də aşağıdakıtəlim vasitələrindən istifadəolunur:
- tədrismetodik kompleks(«keys»);
- kompüter;
- televizor;
- audio-videomaqnitofon;
- multimediatexnikası.
Bunların vasitəsilə təlim prosesində zəruri tədris-metodik materiallarla öyrədən və öyrənən arasında interaktiv əlaqə həyata keçirir;
DTdaxilində idarəedici informasiya mübadiləsi;
- beynəlxalq informasiya şəbəkəsinə çıxışla təmin edilir.
Son illərdəən çoxtətbiq olunandörd distant təhsil forması mövcuddur:
1) interaktiv televiziyayayımı (two-way TV);
2)mətn faylların dəyişmərejimində kompütertelekommunikasiyaşəbəkəsi (regional və qlobal, Internet)
3)interaktiv televiziyailəkompüter telekommunikasiyaşəbəkəsininuyğunlaşdırılması.
4)kompüter telekommunikasiyaşəbəkəsində multimedia informasiyalarından, eyni zamanda interaktiv rejimdən, həmçinin kompüter telekonfranslarından istifadə edilməsi.
İnteraktivlik geniş mənada istənilən iki subyekt arasında qarşılıqlı əlaqənin (dialoq vəyaxud da diskusiya) onlara əlverişli metod və vasitələrlə həyata keçirilməsi kimi başa düşülür. Bu zaman hər iki tərəfin həmin dialoqda fəal iştirakı (sual-cavablarla, dialoqungedişinin idarəolunmasında həlledilmiş məsələninyerinə yetirilməsinənəzarətin təşkiliilə)nəzərdə tutulur.
Distant təhsildə müəllim və tələbə arasındakı bu əlaqələr elektron poçtla telekonfransla, onlara əlverişli real vaxtda dialoqun təşkili ilə həyata keçirilə bilər.
Distant təhsildə istifadə olunan yeni informasiya texnologiyalarının yaratdığı yüksək səviyyəli interaktivlik onu qiyabi təhsildən köklü surətdə fərqləndirir. Təlim prosesinin yüksək interaktivliyi onun bütün iştirakçıları ilə (müəllim və tələbələri) daima əlaqəni ifadə edir ki, bunlar da bütün təlim müddətində (elektron poçt və telekonfransla) çevik əks əlaqə ilə və öyrənənin tədris fəaliyyətinə nəzarətin həyata keçirilməsilə başa çatır. Distant təhsilin həyata keçirilməsi üçün birinci şərt professor-müəllim heyətinin pedaqoji məsələlərin həllinə yanaşma tərzinin dəyişməsidir. Yəni köhnədən, qiyabi təhsildən toplanmış ənənələri ataraq, yeni texnologiya ilə işləmək bacarığına yiyələnməkdir.
Distant təhsil texnologiyasının birinçi əsasşərti tədris planına və proqramına tam yeni formada yanaşmanı, yəni bloklarla (modullarla) tərtib edilərək, səliqəli və aydın yazılmanı tələb edir.
İkinciəsas şərt idarə etmə strukturunun, kafedra elitasının intellektual ehtiyatının bu sahədə istiqamətləndirilməsi və öyrənənin bütün tapşırıqlarının, alınmış işləri ilə əlaqədar didaktik əməliyyatlar servisinin vaxtlı-vaxtında, düzgün həyata keçirilməsinin təmin edilməsidir.
III.Distant təlimmodelləri.Distant təhsil, müəllimlə əks əlaqənin həyata keçirilməsini nəzərə alan, açıq şəbəkələrdə həyata keçirilən, dünya təcrübəsində mövcud olan altı məşhur təlim modelinə əsaslanır.
1-ci model. Eksternattipli təlim: — orta ümumtəhsil, orta ixtisas və ali məktəblərin istiqamətlərinə müvafiq, lakin müxtəlif səbəbdən gündəlik dərsə gələ bilməyən öyrənənlər üçün müəyyənləşdirilmişdir.
2-ci model.Universitet təlimi(Bir universitetin bazası əsasında) — Tələbələrin əyani (on-campus) deyil, məsafədən, qiyabi, yaxud distant formada, kompüter telekommunikasiyasından (of-campus) istifadə etməklə həyata keçirilən təlim sistemidir.
«Hiper Metod» şirkətinin «E-learning Server 3000 v 2.1.» proqram örtüyünün müvafiq lokallaşdırılmış versiyasının interfeyslərindən biri aşağıdakı şəkildə verilib.
Təhsilinə görə müxtəlif sertifikat, diplom və başqa sənədlərin alınmasına xidmət edən belə proqramlar dünyanın bir çox aparıcı universitetləri üçün işlənmişdir. Bu zaman tələbələrə universitetin qabaqcıl müəllimləri tərəfindən işlənilmiş, çap edilmiş vəsaitlər, audio-video kasetlər təklif olunur.
3-cü model.Bir neçə təhsil müəssisəsininəməkdaşlığı əsasındatəlim.
Bir neçə təhsil müəssisəsinin birgə əməkdaşlığı ilə hazırlanmış proqramlar qiyabi və distant təlimin daha peşəkar, keyfiyyətli və ucuz başa gəlməsini təmin edir. Bu cür proqramın perspektivliyi ondan ibarətdir ki, əməkdaş ölkələrin vətəndaşları öz ölkələrini və evlərini tərk etmədən istədikləri ölkənin təhsil müəssisələrində təhsillərini davam etdirə bilərlər.
4-cü model.Avtonom təhsilmüəssisəsi.
Təhsil müəssisələrində yaradılmış xüsusi distant təlim məqsədi ilə istiqamətləndirilmiş multimedia kursları işlənmişdir. Bunlara təlim alanların biliklərinin qiymətləndirilməsi və şəhadətnamələrin verilmə səlahiyyətləri də həvalə edilmişdir.
Belə müəssisələrin ən böyüyü Londonda yaradılmış «Açıq»(Open) universitetdir. Təlim haqqı bütövlükdə tələbələrin işlədiyi təşkilat tərəfindən ödənilir.
5-ci model.Avtonom öyrədicisistem.
Busistem çərçivəsində gedən təlim, bütövlükdə televiziya və radioproqramlarla, əlavə nəşr edilmiş vəsaitlərlə həyata keçirilir.
6-c model.Multimedia proqramlarıəsasında qeyri-formalinteqrasiya edilmiştəlim.
Belə proqramlar yaşlı auditoriyalarda öyrənmənin həyata keçirilməsi üçün istiqamətləndirilmişdir. Bu auditoriyalarda buvə ya digər səbəbdən məktəb təhsilini başa vura bilməmiş adamlar təhsil alır.
Məsafədən təhsil almaq üçün mövcud olan bütün modellərin əsas məqsədi:
1) təlimalanlara fəaliyyətdəolan təhsil proqramınınmüxtəlif sahələrinəaid biliklərini təkmilləşdirərəktamamlamağa imkanvermək;
2) buvə ya digər ixtisas dərəcəsiüzrə müvafiq imtahanların(eksternat yolla)nəticəsinə əsasənaldıqları təhsiləsasında attestatvə diplom almağakömək etmək;
3) ortavə ali məktəb proqramlarınınmüxtəlif istiqamətləriüzrə keyfiyyətli təhsilvermək.
Bu təhsil formasından istənilən təhsil sistemində istifadə etmək olar. Tələbə istənilən fənn üzrə tədris kursunu müstəqil öyrənib, biliklərini dərinləşdirə bilər, biliyində yaranmış boşluğu aradan qaldırar və başqa ölkələrin ali məktəblərində təhsil ala bilər.
Distant təlim sistemində müxtəlif proqram, vəsaitvəvasitələrdən istifadə edilə bilər. Bu zaman kompüter telekommunikasiyasında vəsaitlərin yerləşdirilməsində aşağıdakı modellərdən istifadə edilir:
Ensiklopediya modeli. Elektronensiklopediya fotoşəkilləri, səs yazısını, video-fraqmentlərin musiqili müşahidəsini özündə cəmləşdirir.
Kompüter slayd-filmlər (KSF) modeli. KSF səslə, musiqi ilə müşayət oluna bilən kvazimultiplikasiya vasitəsinə malik olur. Onlar fasiləsiz nümayişi təmin edən kino-fraqmentləri özündə cəmləşdirir.
Virtual dünya (VD)modeli.Müxtəlif obyektlərin, şəhər meydanlarının, muzey zallarının, sərgilərin üç ölçülü elektron modelindən ibarətdir. Onun mövcudluğu çox effektli olduğundan, xüsusi şərhçi guşəsinin yaradılmasında geniş istifadə olunur.
Distant təlim zamanı bir sıra problemlər meydana çıxa bilər. Bunlar aşağıdakılardır: 1) birçox müəllim vəşagirdlərdə kompüterlərdənvə telekommunikasiyatexnologiyalarındanistifadə bacarığıvə vərdişlərinin olmaması;
2)öyrənənlərin böyükəksəriyyətində müstəqilişləmək bacarığınınolmaması;
3) ciddiintizam vəmədəniyyət tələblərininhər zaman arzu olunan səviyyədə olmaması.Belə olan halda bütün qrupun işi pozulur.
4)sorğu mütləq müəyyənedilmiş xaricidildə aparılmalıdır.
Distant təhsilin səmərəli olması istifadə olunan materialların keyfiyyəti və pedaqoqların ustalığından asılıdır. Ona görə də distant təhsilin təşkilinə pedaqoji və didaktik tələblər baxımından yanaşma çox vacibdir. İstənilən halda distant təhsili təşkil edərkən aşağıdakı şərtlər:
1. Kurshaqqında ümumiməlumat, onuntəyinatı, məqsədi,məzmunu, qrupa qəbulun şərtləri,yekun sənədlər haqqındaməlumatlar hamıüçün açıq şəkildə ser-
verdə verilməlidir.
2. Kursunhər bir sahəsi üzrəmaterial «verilənlər bazası»daəks olunmalıdır.
3. İstifadəçiilə əlaqə yaratmaq, onunhaqqında məlumattoplamaq uçün anket blokları (ayrıca «fayl»şəklində) yerləşdirilməlidir.
4. Materiallarınmənimsənilməsinə vəbaşa düşülməsinin yoxlanılmasınaxidmət edəntapşırıqlar blokuolmalıdır.
5. Əldəedilən biliklərdənmüstəqil (həmfərdi, həm qrup şəklində) istifadə etməkqabiliyyəti aşılayanyaradıcı tapşırıqlar(praktiki işlər)blokunun olması.
6. Yoxlamatapşırıqlar blokunun(referatlar, yaradıcılıqişləri, testlər,suallar) mövcudlugu nəzərə alınmalıdır
Distant təhsilin əsas problemlərindən biri də kursu apara biləcək səviyyədə pedaqoq – koordinatorların hazırlanmasıdır. Distant təhsilin təşkil edilməsində texniki, iqtisadi, pedaqoji, həm də hüquqi məsələlərlə əlaqədar bir sıra problemlər də meydana çıxır.
Bütün qeyd edilənləri ümumiləşdirərək nəticə kimi deyə bilərik ki, ola bilsin ki, biz Covid 19 pandemiyası ilə bir müddət yaşayıb işləməli olacağıq (bu arzu olunmasa da). Bu zaman təhsilimizin inkişafı və fasiləsizliyini təminatı üçün nələr tələb edilir:
1. Təcili On-layn formada da olsa ali məktəbin bütün kafedra əməkdaşlarının (professor- müəllim heyyətindən köməkçi heyyətə qədər hər kəsin, tələbələr də daxil olmaqla) İKT texnologiyası ilə qismən də olsa işləmək, "MS Teams” platformasından tam istifadə etmək bacarığına yiyələnməyə hazırlamaq.
2. Fakültələr üzrə fəaliyyət göstərən tyutorlarda " Distant təhsil” texnologiyası haqqında biliklərin formalaşdırılmasına nail olmaq. Onların işlərinin əsas tərkib hissəsi olan dərslərin və müvafiq tədbirlərin təşkili (texniki təminat baxımından) və keçirilməsində fəal koordinator rollarını təmin etmək.
3. Hələlik, hissə-hissə də olsa distant təlim üçün tədris resurslarını hazırlamaq. Bu işdə Universitetlərin birgə fəliyyətlərinin Təhsil Nazirliyi səviyyəsində koordinasiyasını təşkil etməklə onların birgə fəaliyyətinindən kollektiv faydalanmaq.