“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır

Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına artıq 35 milyon manatdan çox investisiya yatırılıb. Cəbrayıl rayonunun ərazisində yerləşən sənaye parkı xüsusilə qeyri-neft sektorunun sürətli inkişafının tərkib hissəsidir. Hazırda burada 2 müəssisə fəaliyyət göstərir. Ümumilikdə isə 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İqtisadçılar “Araz Vadisi İqtisadi Zonası”na qoyulan investisiyaların gələcəkdə daha da artacağını proqnozlaşdırırlar.
Sənaye parklarında fəaliyyət göstərən müəssisələr vətəndaşlara yüksək gəlirli iş yerləri təklif edəcəklər.
Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda yerləşən sənaye parklarında digər regionlardan fərqli olaraq güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması və kommunal xərclərə 20 faizlik güzəştlər kimi əlavə imkanlar təqdim olunur.
Daha ətraflı  videomaterialında izləyə bilərsiniz.



[email protected]