İnşamın adında qeyd etdiyim "Azərbaycan" və "Vurğun" sözləri mənə dəyərli şairimiz Səməd Vurğunu xatırlatdı:
El bilir ki,sən mənimsən,
Yurdum,yuvam,məskənimsən.
Anam,doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan,Azərbaycan!
Şair bu şeirdə sözlərin harmoniyasından gözümüzün önündə möhtəşəm bir mənzərə canlandıran,rəssam söz boyalarını sanki misra fırçası ilə çəkərək əzəmətli bir tablo yaratmışdır.
Sıra dağlar,gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar,cüyür mələr,
Nə çoxdur,oylağın sənin!
Aranın,yaylağın sənin.
Şairin hələ təkcə bu bənddə Azərbaycan
təbiətinə olan vurğunluğu öz əksini tapmışdır.
Bəli,mən də Vətənim Azərbaycanımın təbiətinin vurğunuyam!
Hər yeri cənnətdir Azərbaycanın! Təbiət heç bir gözəlliyi yurdumdan əskik etməyib. Hər obasının,hər elinin özünə məxsus gözəlliyi,füsünkarlığı var. Və bu gözəlliklər əsərlərdə,rəsm tablolarında geniş vəsf olunur. Amma bunları əks etdirə bilməz. Çünki, Azərbaycan təbiətinin gözəlliyi təkrarsız gözəllikdir.Adi bir qanqal çiçəyininin rəng çalarlarından tutmuş ən uca dağlarının zirvəsinə qədər vəsf oluna bilər, amma eynisini yalnız təbiət yaradıb əks etdirə bilər. Ana təbiətim öz sərvətini bizə bəxş etməklə yanaşı,eyni zamanda ruhumuza,hiss və duyğularımıza qida verir. Təbiətin qoynunda kəsilən bir tikə çörək belə unudulmur.
Deyirlər, təbiəti sevən insan mənən zəngin, dostluqda,yoldaşlıqda etibarlı,vətənini sonsuz məhəbbətlə sevirlər. Bəli,mən böyük fəxarətlə,qürur hissi ilə deyə bilərəm ki, " BİZ AZƏRBAYCANLILAR TƏBİƏTİMİZİN VURĞUNUYUQ!". Əgər belə olmasaydı biz 44 gün ərzində parlaq qələbəyə nail olmazdıq. Çünki,30 ildir işğal altında olan təkcə ərazi bütövlüyümüz deyil,Azərbaycanımızın təbiəti də vardı. Hansı ki, 30 il o qanlı faciələrin şahidi olmuş və işgəncə çəkən,qırılan,kəsilən təbiətimiz. Azərbaycan üzrə birinci,dünya üzrə isə ikinci olan Zəngilan meşələri məhz düşmən işgəncəsinə məruz qalan təbiətimizin bir hissəsidir. Artıq gözün aydın,ana Vətən! Gözün aydın,ana təbiət!
İndi bütöv Azərbaycanın təkcə ərazi bütövlü deyil,bənzərsiz təbiəti də azad oldu! Zəfər rəmzimiz olan "XARIBÜLBÜL" Azərbaycanlıların Vətənə,ana təbiətə olan vurğunluğunun bariz nümunəsidir!..
2024-cü ilin Azərbaycanda prezidentimiz tərəfindən "YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏKLİK İLİ"elan olunması haqqında sərəncam imzalanmışdır. Bu məqsədlə bütöv Azərbaycanda müxtəlif aksiyalar keçirilir.
Və ana təbiətimiz başdan-başa daha da gözəlləşəcək,yeni can,yeni nəfəs gələcək! Qarabağımızın ətri duyulacaq! Vurğunu olduğum Azərbaycan təbiəti bütün dünyanı özünə vurğun edəcək!
QEYD EDƏK Kİ, AYTAC VƏTƏNSEVƏR MƏKTƏB DAXİLİ "YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏKLİK İLİ" MÜNASİBƏTİLƏ KEÇİRİLƏN İNŞA MÜSABİQƏSİNDƏ "AZƏRBAYCAN TƏBİƏTİNİN VURĞUNUYAM" ADLI İNŞA İLƏ 1-Cİ YERİN QALİBİ OLMUŞDUR.