Maliyyə sektorunun COP29 zamanı planlaşdırılan fəaliyyət sahələri müzakirə olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə növbəti dəfə görüşüb.
AMB-dan bildirilib ki, görüş zamanı bank sektorunun üçüncü rüb üzrə fəaliyyəti, əldə olunan nəticələr və növbəti dövr üzrə hədəflər müzakirə olunub.
Ölkədəki makroiqtisadi vəziyyət, son iqtisadi göstəricilər və onların maliyyə sektoruna təsirləri üzrə fikir mübadiləsi aparılaraq sektor nümayəndələrinin təklifləri də dinlənilib. Həmçinin COP29 zamanı ümumilikdə maliyyə sektorunun qarşısında duran məsələlər və planlaşdırılan fəaliyyət sahələri müzakirə olunub.
[email protected]