Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub

Sentyabrın 25-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert təşkil olunub.

konsertdə hər iki ölkədən rəsmi nümayəndələr, mədəniyyət və incəsənət xadimləri, eləcə də digər qonaqlar iştirak ediblər.

Sülh və Əmin-amanlıq Sarayında keçirilən tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edib. Ansamblın repertuarında "Mənim Azərbaycanım süitası", "Qazaxı", "Nağaraçılar", "Qaytağı", "Toy", "Ağ çiçəyim", "Çayçı" kimi rəqslər, həmçinin məşhur "Sarı gəlin" kompozisiyası və "Vətən süitası" yer alıb.

Ansamblın rəngarəng çıxışlarını qazaxıstanlı tamaşaçılar gur alqışlarla qarşılayıb.



[email protected]