Sankt-Peterburqda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb

Sankt-Peterburqda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi anılıb.
baş konsulluqda 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə baş konsulluğun əməkdaşları Qoroxovaya küçəsi, bina 6-da görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfinə ucaldılmış barelyefin önünə gül dəstələri qoyublar.
Azərbaycanın baş konsulu Sultan Qasımov Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiramını ifadə edib. Diplomat vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib.
Anım gününə həsr olunmuş tədbir baş konsulluğun binasında davam etdirilib. İştirakçılara 44 günlük Vətən müharibəsindən bəhs edən foto və videomateriallar nümayiş etdirilib.



[email protected]