Dünyada satılan hər üç smartfondan ikisi 5G-ni dəstəkləyir

https://azertag.az/files/2024/2/1200x630/17226096165906536052_1200x630.jpg
Dünyada satılan hər üç smartfondan ikisi 5G-ni dəstəkləyir.
Bu barədə  Mobile-review portalına istinadla cavab verir.
“Counterpoint” tədqiqat şirkətinin məlumatına görə, bu ilin birinci yarısında 5G rabitə şəbəkələrini dəstəkləyən smartfonların nüfuzetmə sürəti artmaqda davam edib. Bu dövrdə dünyada satılan hər üç smartfondan ikisi 5G bağlantısını dəstəkləyib.
Belə ki, qiyməti 400 dollardan yuxarı olan bütün modellər artıq 5G dəstəyinə malikdir, eləcə də 100 dollardan 249 dollara qədər olan modellərin demək olar ki, yarısı 5G dəstəyinə malikdir. Ən ucuz 5G modelləri 100-150 dollar arasında dəyişir.
Qualcomm Snapdragon 4S Gen 2 çipsetinin son elanı smartfon istehsalçılarına 100 dollardan aşağı qiymətə 5G dəstəkli smartfon modellərini buraxmaq imkanını açır. Bu, yaxın vaxtlarda bütün cihaz seqmentlərində 5G şəbəkələrini dəstəkləyən smartfonların istifadəsinə demək olar ki, tamamilə keçməyə imkan verəcək.



[email protected]