Bankların kredit portfeli 513,7 milyon manat artıb
May ayında bankların kredit portfeli 2,1 faiz və ya 513,7 milyon manat artaraq 25,158.2 milyon manat olub.
Mərkəzi Banka istinadla xəbər verir ki, biznes kreditləri 54,8 faiz (13,784.7 milyon manat), istehlak kreditləri 29,7 faiz (7,480.2 milyon manat) və ipoteka kreditləri 15,5 faiz (3,893.3 milyon manat) təşkil edib. May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 milyon manat (+2.3 faiz), 153.2 milyon manat (+2.1 faiz) və 52.2 milyon manat (+1.4 faiz) artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,5 faiz bəndi azalaraq 1,8 faiz təşkil edib. Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81,4 faizi və ya 34,835.2 milyon manat.
Depozit portfelinin 61,5 faizi (21,435.7 milyon manat) hüquqi şəxslərin, 38,5 faizi (13,399.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
[email protected]