Bu il ilk peykimizi kosmosa göndərməyi hədəfləyirik - Selçuk Bayraktar
"Fergani Uzay" layihəsi ilə bu il ilk peykimizi kosmosa göndərməyi hədəfləyirik.
Trend-in məlumatına görə, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.
Bayraktar onu da qeyd edib ki, hazırda alçaq orbitli peyklər üzərində işlər davam edir.
"Orbital transfer aparatları üzərində də işləyirik. Bildiyiniz kimi, Türkiyə müdafiə sənayesində böyük irəliləyişlərə nail olub. Nailiyyətlərimiz təkcə Pilotsuz Uçuş Aparatları deyil. Türkiyə hazırda buraxılış sistemlərində və raketlərdə bərk yanacaq mühərrikləri istehsal etmək iqtidarındadır", - deyə o əlavə edib.
Qeyd edək ki, "Fergani Space" şirkəti 2022-ci ildə Selçuk Bayraktar tərəfindən qurulub. Fergani yüksək performanslı və sərfəli innovativ hərəkət texnologiyasından istifadə etməklə hazırlanmış kommersiya peykləri, peyk komponentləri, kosmik faydalı yüklər istehsal etməklə yeni kosmos sənayesinə xidmət göstərən şirkətdir.
[email protected]