Daun sindromlu uşaqların bacarıqlarının təkmilləşdirilməsi

Sürətli piyada gəzinti Daun sindormu olan insanlarda səkkiz həftə ərzində qəbul edilən informasiyanın qavranılmasının yaxşılaşmasına kömək edə bilər. Bununla bağlı tədqiqat nəticələri  "International Journal of Environmental Research and Public Health” jurnalında dərc edilib. Tədqiqatda 10 ölkədən yaşı 18-dən 48-dək olan Daun sindromlu 40 qadın və 43 kişi iştirak edib.
Tədqiqat iştirakçıları 4 qrupa bölünüb. Birinci qrup iştirakçıları həftədə 3 dəfə piyada gəzintiyə çıxıb, ikinci qrup intellektlə bağlı tapşırıqların yerinə yetirilməsi ilə məşğul olub, üçüncü qrup fiziki və koqnitiv tapşırıqları icra edib, dördüncü qrup isə heç bir fəaliyyətlə məşğul olmayıb. İştirakçıların fiziki aktivliyinə nəzarət xüsusi daşınabilən qurğu vasitəsilə həyata keçirilib.
Araşdırmanın sonunda gəzintiyə çıxan iştirakçılar altı dəqiqəyə gedə biləcəkləri məsafəni eyni müddət ərzində bir az da uzadıblar. Yalnız fiziki tapşırıqları yerinə yetirən insanların qrupunda və qarışıq hərəkətlərin icra edildiyi qruplarda əldə edilən nəticələrdə yaxşılaşma müvafiq olaraq, 11,4 və 9,9 faiz təşkil edib. Bu qruplarda, həmçinin SART (koqnitiv fəaliyyət zamanı səhvlərin tezliyi) və STROOP (qərarların qəbuledilmə sürəti və dəqiqliyi) testləri üzrə də irəliləyiş qeydə alınıb.
Piyada gəzinti aktiv beyin düşüncəsinin işə salınmasını tələb etməsə də, alimlər hərəkətverici sinir yollarının fəallaşmasının əqli inkişafı stimullaşdırdığını bildiriblər, çünki Daun sindromlu insanlar bu hərəkətlilik nəticəsində daha ayıq-sayıq, qarşıya qoyulan tapşırığa münasibətdə daha diqqətli olurlar.

Ülk




[email protected]