Milanda havanın temperaturunda rekord göstərici qeydə alınıb

İtaliyanın Milan şəhərində 1763-cü ildən bəri ən yüksək temperatur göstəricisi qeydə alınıb.

 xəbər verir ki, bölgədə havanın temperaturu 33 dərəcəyə yüksəlib. İtaliyanın Lombardiya regionundakı bəzi şəhərlərdə avqustun 22-23-də termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.

Xatırladaq ki, Milanda havanın temperaturunda bundan öncəki rekord göstərici 2003-cü il avqustun 11-də (32,8 dərəcə) qeydə alınıb.

İntensiv və anomal istilər Alp dağlarının İtaliya ərazisindəki hissəsinə də təsir göstərib, buzlaqların əriməsinə səbəb olub.

Mütəxəssislər gələn həftədən etibarən ölkə ərazisində havanın temperaturunun 10-15 dərəcə azalacağını, tufanla müşayiət olunan şiddətli yağışların yağacağını bildiriblər.




[email protected]