Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı F-16-ların tədarükü, Ukrayna və İsveçin NATO-ya üzvlüyü, Türkiyənin Avropa İttifaqına tam inteqrasiyası məsələləri müzakirə edilib.