Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gəncliyimiz azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Daim yüksək səviyyədə təhsil alıb, peşəkar mütəxəssis kimi yetişməyə, ölkəmizin, vətənimizin inkişafı naminə uğurla çalışırlar.
Belə istedadlı, savadlı və dünyagörüşlü gənclərimizindən biri də Nəcməddin Niyaməddin oğludur. Bu gün 23 yaşı tamam olan Nəcməddin həm də çox vətənpərvər, ictimai və sosial həyatda fəallığı ilə seçilən gəncdir.
Ailəsini çox sevən Nəcməddin valideynlərinə, böyüklərə qarşı olduqca nəzakətli, mehriban və ehtiram göstərən gənc kimi nümunəvi olmağı da bacarır.
Nəcməddini ad günü münasibətilə valideynləri, əzizləri, onu çox sevən dostları təbrik edir, həyatda hər zaman sevinc dolu günlər, örnək gənc kimi cəmiyyətdə və bütün kollektivlərdə hörmət, ehtiram sahibi olmağı arzu edirlər.
Uğurlu yollar, firavan gələcək naminə daim çalışan Nəcməddini doğum günü münasibəti ilə "İctimaifikir.az" xəbər portalının rəhbəri Nahidə Aslanqzı başda olmaqla, bütün kollektivimiz adından səmimi qəlbdən təbrik edir, uzun ömür, sağlam həyat, nailiyyətlərlə dolu ömür yolu arzulayırıq.
[email protected]