Gənclər və idman naziri Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Noyabrın 4-də gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torman ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ictimaifikir.az-a bildiriblər ki, qonağı salamlayan nazir Fərid Qayıbov ona ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanla Macarıstan arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə səfirliyin birinci katibi Monika Felföldi də iştirak edib.




[email protected]