Gülnar Muxtarzadə
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının
müəllimi, "ŞUŞA-270" media mükafatı laureatı
Gülnar Muxtarzadə 2 fevral 1995-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 2001-2006-cı illər Bakı şəhəri Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə təhsil almış, 2007-ci ildən Bakı şəhəri Sabunçu rayonu 128 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə orta məktəb təhsilini başa vuraraq Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına daxil olmuş, 2016-cı ildə universiteti bitirmişdir. Həmin il ADPU-nun "Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistratura pilləsinə daxil olmuş, 2018-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak etmiş, Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmişdir. 2021-ci ildən ADPU-nun Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının müəllimi olaraq pedaqoji fəaliyyətini davam etdirir. 5 məqalə, 2 tezis müəllifidir.
1. "Azərbaycan dili dərslərində cümlə üzvləri ilə qrammatik cəhətdən bağlı olmayan söz qruplarının müasir vəziyyəti (VIII sinif)” . "Filologiya məsələləri”. №19. "Elm və təhsil”. Bakı, 2017.
2."Azərbaycan dili dərslərində qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz qruplarının tədrisi prosesində interaktiv təlim metodlarından istifadə yolları (VIII sinif)”. "Dil və ədəbiyyat”. Beynəlxalq elmi-nəzəri jurnal. 1(105)
3."Azərbaycan dili dərslərində xitabların tədrisi” məqaləsi. "Fənlərin tədrisi metodikası: Müasir yanaşmalar” Magistrantların I Respublika Elmi Konfransının materialları. Bakı, 3-4 may, 2018.
4."Azərbaycan dili dərslərində qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz qruplarının tədrisi prosesində interaktiv təlim metodlarından istifadə yolları (VIII sinif)” tezisi. "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş ADPU - nun İbtidai təhsil fakültəsinin tələbələrinin elmi-praktik konfransının materialları”. "Elm və təhsil”. Bakı, 2018.
5."Qədim türk abidələrinin dilində köməkçi nitq hissələri” məqalə. "Linqvistika problemləri" beynəlxalq elmi jurnal. Cild 3, N 1, Bakı 2022.
6."Göytürk yazılı abidələrinin dilində ismin hal kateqoriyası" məqalə. "Linqvistika problemləri" beynəlxalq elmi jurnal. Cild 3, N 2, Bakı 2022.
***
Cənab Ali Baş Komandanımız İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandı!
Prezidentimiz İlham Əliyev yeni əsrin lideri olaraq Azərbaycanımızı daim inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı ordumuz və Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu, 30 illik həsrət sona çatdı. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi bizə qələbəni gətirdi. Bu isə həqiqətən çox qürurvericidir.
Prezidentimiz İlham Əliyevin dediyi kimi: Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Yəni günümüzün reallığı onu göstərir ki, Prezidentimizlə Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Uzun illər bu tarixi danışıb qürur duyacağıq. Bu tarixi qələbəni bizə yaşadan, müjdələyən prezidentimizlə qürur duyuruq! Belə bir liderimiz olduğu üçün çox şanslıyıq. Bütün Azərbaycan xalqı olaraq hər zaman Qarabağımızı geri qaytardığı üçün prezidentimizə, Ali Baş Komandanımıza minnətdar olacağıq. Özünün də çıxışlarında dediyi kimi:
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Rəşadətli Ordumuz!
Yaşasın Azərbaycan xalqı!
[email protected]