Yaponiyada son 30 ilin ən yüksək qiymət artımı qeydə alınıb

Yaponiyada son 30 ilin ən yüksək qiymət artımı qeydə alınıb

 

Cari ilin avqustunda Yaponiyada istehlak məhsullarının qiymətində son 30 ilin ən yüksək artımı qeydə alınıb.

ictimaifikir.az Yaponiya Milli İşlər Nazirliyinə istinadla xəbər verir ki, şirkətlər bu yolla enerji daşıyıcılarının qiymət artımını və yenin zəifləməsini öz aralarında bölüşməyə çalışırlar.

Nazirliyin yaydığı məlumata görə, avqustda təzə məhsullar istisna olmaqla, istehlak qiymətləri indeksi ötən illə müqayisədə 2,8 faiz artıb. Əgər bura istehlak vergisinin artmasının təsirini də əlavə etsək, bu, Yaponiyada 1990-cı illərin əvvəllərindən bəri ən yüksək qiymət artımıdır.

Yaponiya hökuməti və Mərkəzi Bank deflyasiyanın öhdəsindən gəlmək üçün iki faizlik inflyasiya həddi müəyyən ediblər. Avqustda artıq beş aydır ki, həmin hədəf artıqlaması ilə yerinə yetirilib.

Bildirilir ki, ölkə üzrə enerji daşıyıcılarının qiyməti 16,9 faiz artıb. Elektrik enerjisi üzrə ödənişlər 21,5 faiz, qaz üçün isə 20,1 faiz yüksəlib. Təzə məhsullar istisna olmaqla, ərzaq məhsullarının qiyməti 4,1 faiz artıb.




[email protected]