İtaliyalı deputatlar Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər

İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatları Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ikisi jurnalist olmaqla üç azərbaycanlı mülki şəxsin tank əleyhinə minaya düşərək həlak olması və hadisə zamanı dörd mülki şəxsin də yaralanması ilə bağlı açıqlamalar verərək Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsini kəskin şəkildə qınayıb və xəritələrin təcili olaraq Azərbaycana təhvil verilməsini tələb ediblər. Parlamentarların açıqlamaları onların sosial şəbəkə profillərində və İtaliyanın kütləvi informasiya vasitələrində dərc olunub.

İtaliyalı deputatlar Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər

Bu barədə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən məlumat verilib.

İtaliya Deputatlar Palatasının sədr müavini, "Yaşayan İtaliya" partiyasından olan deputat Ettore Rosato İtaliyanın ANSA və Agenzia Nova xəbər agentliklərinə açıqlamasında bildirib: "Ermənistan və Azərbaycan arasında münaqişə artıq bitmişdir. Növbəti qurbanların olmaması üçün çalışmaq hamının marağı və öhdəliyidir. Azərbaycanın təcili şəkildə öz torpaqlarını minlardan təmizləməsi üçün beynəlxalq ictimaiyyət minalanmış ərazilərin xəritələrinin Azərbaycan qurumlarına təqdim edilməsinə nail olmalıdır. Bu gün aralarında iki jurnalist olmaqla üç mülki şəxsin həlak olması kimi baş verən faciə bir daha təkrarlanmamalıdır".

https://www.agenzianova.com/a/60bb30f8663669.77290203/3476659/2021-06-05/azerbaigian-rosato-diplomazia-lavori-per-mappe-zone-minate

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri "5 Ulduz Hərəkatı" partiyasından olan senator Vito Petrocelli öz tvitter səhifəsində qeyd edib: "Artıq bitmiş, lakin hələ də ərazilərdə minaların qalmasına səbəb olan münaqişənin qurbanları ilə bağlı dərin hüzünlə başsağlığı verirəm. Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin dərhal təqdim edilməsinə ümid edirəm".

https://twitter.com/vitopetrocelli/status/1400874710213316619

İtaliya Senatında "İrəli İtaliya" partiyası siyasi qrupunun sədr müavini və Avropa Şurası Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin üzvü Maria Rizzotti isə Agenzia Nova xəbər agentliyinə açıqlamasında Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla üç mülki şəxsin həlak olması və digər dörd nəfərin yaralanması xəbərini öyrəndikdə kədərləndiyini bildirib. "Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi tələbimizi qətiyyətlə davam etdiririk. Belə ki, bununla ərazilərin minalardan təmizlənməsi prosesi baş tutsun və günahsız insanlar bir daha qurban verilməsin. Beynəlxalq hüquq dəfələrlə pozulmuşdur və artıq vaxtıdır ki, beynəlxalq ictimaiyyət aydın və sərt şəkildə Ermənistana tələb irəli sürsün", deyə senator Rizzotti vurğulayıb.

https://www.agenzianova.com/a/60ba85f5e9c1b0.31026066/3476441/2021-06-04/azerbaigian-rizzotti-fi-l-armenia-deve-consegnare-le-mappe-dei-territori-minati

İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri "Leqa" partiyasından olan deputat Rossana Boldi öz tvitter hesabında qeyd edib: "Bu gün təəssüf ki, minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla üç mülki şəxs həlak olmuşdur. Bu gözlənilən bir faciə idi, Ermənistan Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün xəritələri təqdim etməsə bu faciənin təkrarlanmaq təhlükəsi var. Ermənistan və Azərbaycana üçün sülh arzu edirəm. Hər iki xalqın marağı naminə ərazilər minalardan təmizlənməli və təhlükəsiz hala salınmalıdır".

https://twitter.com/BoldiRossana/status/1400839140359409666

https://twitter.com/BoldiRossana/status/1400839744712589312

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasında "5 Ulduz Hərəkatı" partiyası qrupunun rəhbəri senator Canluka Ferrara Agenzia Nova xəbər agentliyi və Politicamento Corretto xəbər portalına açıqlamasında isə Ermənistan tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla üç mülki şəxsin həlak olması ilə bağlı böyük məyusluğunu ifadə etdiyini bildirib. "Beynəlxalq hüquq tərəfindən Azərbaycanın əraziləri kimi tanınan azad edilmiş torpaqlarda artıq 35 minə yaxın mina zərərsizləşdirilmişdir. Son illərdə Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minalar artıq çox sayda insanın ölümünə və yaralanmasına səbəb olmuşdur. Ermənistan tərəfindən həmin minaların yerlərini göstərən xəritələrin təqdim edilməsi ilə bu dəhşətli ölümcül alətlərin tezliklə zərərsizləşdirilməsi arzu olunandır. Bu günə qədər Ermənistan tərəfindən əməkdaşlıq niyyəti olmamışdır və bunun qurbanı uşaqlar da daxil olmaqla mülki şəxslər olmuşdur. Həmin ərazilərdə həqiqətən də yeni sülh mühiti qurmaq istəyi varsa, o zaman əməkdaşlıq etmək əvəzedilməzdir, nəinki günahsız insanlara bunun bədəllini ödətmək. Mən həmin əraziləri ziyarət etmişəm və ədalətsizliyin qurbanı olan Azərbaycan xalqının böyük acısının yaxından şahidi olmuşam. Həqiqətən istərdim ki, burada bir dönüş olsun, bu inadkarlıq müharibə cinayəti olmaqla bərabər ədalətsizdir", deyə senator Ferrara vurğulayıb.

https://www.agenzianova.com/a/60ba7f09a645d2.18758616/3476424/2021-06-04/azerbaigian-ferrara-m5s-basta-vittime-civili-per-mine-armene

Faicəyə münasibət bildirən "İrəli İtaliya" partiyasının üzvü olan senator və Mərkəzi-Avropa Təşəbbüsü Parlament Assambelyasında İtaliya nümayəndə heyətinin üzvü Urania Papatheu isə Agenzia Nova, Ansa, Askanews, La Presse, Dire, 9 Colonne xəbər agenliklərinə açıqlamalarında qeyd edib: "Bu gün Azərbaycanın Kəlbəcər rayonunda erməni hərbiçiləri tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla üç mülki şəxsin ölümü və digər dörd nəfərin yaralanması mülki əhaliyə qarşı növbəti dözülməz zorakılığı nümayiş etdirir. Artıq səhifəni çevirmək vaxtıdır". "Rəsmi İrəvan mümkün ən qısa zamanda azad edilmiş bölgələrdə minalanmış ərazilərin xəritələrini təqdim etməlidir. Dəfələrlə bildirildiyi kimi söhbət həmin torpaqlarda mövcud olan partlamamış minalar olan ərazilərdən gedir. Ermənistanın bu cür davranışı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır", deyə senator qeyd edib.

https://www.agenzianova.com/a/60ba7ada594868.09456258/3476359/2021-06-04/azerbaigian-papatheu-fi-armenia-continua-a-violare-diritto-internazionale-umanitario

İtaliya Parlamentində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, "Leqa" partiyasından Senatın Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının üzvü, senator Stefano Luçidi isə Agenzia Nova xəbər agentliyinə açıqlamasında Cənubi Qafqaz bölgəsinin sülhə və sabitliyə ehtiyacı olduğunu və 30 illik Dağlıq Qarabağ münaqişəsinə son verən üçtərəfli Bəyanatların müddəlarının təmin edilməsi üçün Azərabycan Respublikası ərazisində olan ermənilərin yerləşdirdiyi minaların xəritələrinin tam təhvil verilməsinin vacibliyini bildirib. Senator əlavə edib ki, bunun üçün Azərbaycanda mülki əhali arsında da ölüm hallarına səbəb olmuş piyada və tank əleyhinə dəhşətli minaların yerləşdirilməsi ilə bağlı xəritələrin Ermənistan tərəfindən təhvil verilməməsini beynəlxalq diplomatiya ictimaiyyəti qınamalıdır və Ermənistan Azərbaycanın ərazilərinin tam şəkildə minalardan təmzlənməsinə imkan verməlidir.

https://www.agenzianova.com/a/60bb30e40b05c1.20391443/3476664/2021-06-05/azerbaigian-lucidi-lega-condanna-internazionale-per-morte-civili-e-giornalisti-a-causa-mine

İtaliya Senatının "5 Ulduz Hərəkatı" partiyasından olan üzvü Canluka Kastaldi isə Agenzia Nova xəbər agentliyinə açıqlamasında bildirib: "Azərbaycanın Kəlbəcər rayonunda aralarında iki jurnalist olmaqla üç mülki şəxsin tank əleyhinə minanın partlaması nəticəsində həlak olması ilə bağlı indicə səfir Məmməd Əhmədzadə ilə danışaraq başsağlığı verdim. Zorakılığın davamlı olaraq artmasından çox kədərləndim. Hamımız Qafqazda sülh üçün çalışmalıyıq. Minalanmış ərazilərin təmizlənməsi üçün xəritələrin təqdim edilməsi önəmlidir".

https://www.agenzianova.com/a/60bb30cc42c897.70801593/3476660/2021-06-04/azerbaigian-castaldi-m5s-opportuno-svelare-mappe-territori-minati

Avropa Parlamentinin İtaliyadan olan üzvü Aldo Patriciello isə özünün facebook səhifəsində baş vermiş faciə ilə bağlı İtaliyanın Kmetro0 portalında dərc olunmuş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasını paylaşaraq qeyd edib: "Azərbaycanda tank əleyhinə minanın partlaması aralarında iki jurnalist olmaqla üç mülki şəxsin həlak olmasına səbəb olmuşdur və bu, sülhə təhdid yaradan ciddi faktdır. Hesab edirəm ki, Ermənistanın beynəlxalq ictimaiyyətin tələblərinə cavab verməsi və minalanmış ərazilərin xəritələrinin ən qısa zamanda təqdim etməsi vacibdir. Hər iki xalq arasında sülh və təhlükəsizlik hamının birgə əməkdaşlığı ilə nəyin bahasına olursa-olsun təmin olunmalıdır".

https://www.facebook.com/AldoPatriciello/posts/10159277491153555




[email protected]