Qarpızı yesək yaxşıdır yoxsa yeməsək?

Həqiqətən bugün elə bir dövrə gəlmişik ki, əlimizdə olan nemətləri yemək və ya yeməmək haqqında fikirləşirik.

Mən onlarca insanlar gördüm qarpız yeməkdən imtina edib.

Qarpızı yesək yaxşıdır yoxsa yeməsək?

Bəzilərinin düşüncəsinə görə, daha çox kübrə vurulub bəziləri isə bunların geni dəyişilib heç bir faydası yoxdur deyib qarpız kimi nemətdən uzaq dururlar.

Bu günkü qarpızla 100 il bundan əvvəlki qarpız arasında böyük fərq vardır. O zamanlar nə süni kübrələr var idi, nə də gen dəyişilməsi, amma bunlarda bizə qarpız yeməməyimizə əsas vermir.

Bu gün qarpızın ziyansız necə yeməli olduğumuzu sizlərlə bölüşüm. Xatırladım ki, artıq yerli qarpız sortlarımız çox az qalıb, yadınızdadırsa yerli qarpızların tumları böyük və çox olurdu, bu gün biz geni dəyişilmiş qarpızları yeməyə məcburuq. Əgər qarpızı kəsəndə içində böyük damarlar aydın görünürsə belə qarpızı yeməyin, bu qarpız həddindən artıq kübrələnmişdir. Çalışın çox böyük qarpızarı almayasınız, qarpızı bir dəfəyə cox yemək problem törədə bilər yaxşı olar az- az tez- tez yeyəsiniz.

Xatırladım ki, xərçəng əleyhinə ən faydalı maddələrdən biri olan likopen qarpızın tərkibində pomidordan 2 dəfə çoxdur. Qarpız çox əla bir təmizləyicidir, əsasən böyrəkləri, böyrək qumlarını, qaraciyəri və bağırsaq xovlarını təmizləyir.

Qarpız yeyənlərin dərisi parlaq olar, çünki zəngin A vitamini vardır, gözlərə olduqca faydası var, qarpız bol bol yeyənlərin sümükləri möhkəm olar çünki zəngin kalsium və kalium vardır.

Qarpızın tərkibində sitrulin adlı daha bir qiymətli maddə vardır sitrulin piyləri əridir, yüksəlmiş xolesterini aşağı salır, arıqlamaq istəyənlər üçün əla bir qida vasitəsidir.

Bədənimizin ən çox ehtiyyacı olduğu C vitamini qarpızda vardır, həm də çox əla bir immunitet artırıcısıdır, əzələ yorğunluğu, əzələ qıcolmaları olanlar üçün əvəzolunmaz nemətdir.

Qarpızı bol yeyənlərin saçları gür və canlı olar, tumları ilə birlikdə yeyin qarpız tumlarında bol maqnezium vardır buda sinir və əzələ zəifliyində mükəmməldir.

Şəkər xəstəlirinə qarpız yemək olmaz, və ya çox az miqdarda yeməlidilər, çünki tərkibində zəngin karbohidrat vardır.

Qarpızı bir dəfəyə çox yemək köpməyə əmələ gətirir, böyrəklərə problem yarada bilər. Qarpızı iyul-avqust aylarında bol-bol yeyin, çünki bu aylarda həm bədən daha çox tələb edir, həm də qarpızın bütün faydalı mineral və vitaminləri bol olur. Bir sözlə yayı qarpızsız keçirməyin.




[email protected]