Neftin qiyməti 52 dollara yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb.

İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,36% artaraq 49,89 dollar təşkil edib.

Neftin qiyməti 52 dollara yaxınlaşır
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,30 dollar və ya 0,57% artaraq 52,82 dollar olub.
 
Ticarət sessiyası ərzində WTI markalı neftin 1 barelinin dəyəri mayın 30-dan etibarən ilk dəfə 50 dollar həddini keçib.

Cümə günü aylıq maksimumu yeniləyən Brent markalı neftin qiyməti isə hələ də 52 dollardan yuxarı olaraq qalır.
 
7-8 avqust tarixlərində Əbu-Dabidə OPEC+ ölkələrinin Texniki komitəsinin iclası keçiriləcək. Görüşdə bəzi ölkələr tərəfindən hasilatın azaldılmasına dair üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi müzakirə olunacaq.




[email protected]