Azərbaycandan Yaponiyaya birbaşa aviareyslər həyata keçiriləcək

Bakıda Azərbaycanın və Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib. 

Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ilk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.

Dostluq şəraitində keçən görüşə Azərbaycan və Yaponiya aviaşirkətlərinin nümayəndələri də qatılıblar. 




[email protected]