Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,36 dollar və yaxud 2,73% artıb.
İctimaifikir.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 51,13 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.