Fələstin dövlətinin BMT-də nümayəndəsi Riyad Mənsur Bakıda keçirilən Qüds məsələsi ilə bağlı beynəlxalq konfransda Məbəd dağına (Haram-əl-Şərif) daimi girişi dəstəkləyən kommünikenin qəbul edilməsinin vacibliyini vurğulayıb.
İctimaifikir.az report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, dindarların yolunda maneələr tamamilə aradan qaldırılmalıdır.
"Biz belə addımların təkrar olunmayacağı ilə bağlı İsraildən zəmanət almaq istəyirik", - o, bildirib və qeyd edib ki, status-kvo qorunmalıdır.
R.Mənsur kommünikenin konfrans iştirakçıları tərəfindən dəstəklənməsinə ümidvar olduğunu vurğulayaraq onun İsrail dövlətinə müraciətin olduğunu bildirib.
Fələstin dövlətinin BMT-dəki nümayəndəsi əlavə edib ki, Azərbaycan həm Fələstinin, həm İsrailin dostudur və yeni ideyalar verməklə iki tərəfin yaxınlaşmasına kömək edə bilər.