Brusseldə Azərbaycan və Avrora İttifaqı arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib.
Bu barədə XİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, sazişin siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş bu danışıqlarda tərəflər arasında məhsuldar fikir mübadiləsi ararılıb.
Danışıqların növbəti raundunun görüşlər, eləcə də video konfranslar vasitəsilə davam etdirilməsi razılaşdırılıb.